Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Azərbaycan 2020-də Ukraynaya 2 milyard dollaradək investisiya yatıra bilər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan 2020-də Ukraynaya  2 milyard dollaradək investisiya yatıra bilər"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2020-ci ildə Azərbaycan tərəfindən Ukraynaya investisiya qoyuluşları 1,5-2 milyard dollar təşkil edə bilər.

 

Reklam_3_11

Bu sözləri Azərbaycanın Kiyevdəki səfiri Azər Xudiyev deyib.

 

“Biz investisiya qoyuluşlarının həcmini 1,5-2 milyard dollaradək artırmaq istəyirik. Və indi bunu iki Ticarət evimiz vasitəsilə etmək niyyətindəyik – bunlar Ukrayna və Azərbaycanın biznes dairələrinin toplaşaraq lazımlı və konkret məsələləri müzakirə etdikləri yaxşı meydançalar və iqtisadi imkanlardır”, - deyə o, Ukraynanın “Ukrinform” agentliyinə müsahibəsində bildirib.

 

Səfir, həmçinin qeyd edib ki, artıq ukraynalı tərəfdaşlar arasında bu və ya digər ərazidə daha çox birgə müəssisənin yaradılması haqqında razılaşmalar əldə edilib.

 

“Biz bura investisiya qoymaq niyyətindəyik. Bu səbəbdən bu yaxınlarda iqtisadiyyat nazirimizlə danışdım. O, Ukrayna, Belarus və Moldovaya səfərlər edəcək. Prezidentimiz bu regionda iqtisadi mövqelərimizi gücləndirməklə bağlı göstəriş verib”, - deyə A.Xudiyev əlavə edib.

 

© İnterfaks-Azərbaycan

28.02.2020 08:55

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18