"Putinə də söylədim: bizim önümüzdən çəkilin"
"Təxminən 4 milyon insan Bəşər Əsəd rejiminin qanlı hücumları ilə əlaqədar sərhədlərimizə doğru hərəkətə keçmişdir. 1,5 milyonu bu anda sərhədimizdədir".
Marja xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb TAyyib Ərdoğan bildirib.
Ərdoğan "3,7 milyon usriyalını ölkəmizdə saxlayırıq, yeni bir köç dalğasının öhdəsindən gələ biləcək vəziyyətdə deyilik" deyərək sözlərinə belə davam edib:
"Bizim nə neft, nə orada torpaq dərdimiz var, bir etibarlı bölgə ilə sərhədlərimizi təminat altına almaq istəyirik. Biz oraya Əsədin dəvəti ilə getmədik. Biz oraya Suriya xalqının dəvəti ilə getdik. Suriya xalqı "tamam bu iş bitdi" demədən bizim oradan çıxmaq niyyətimiz də yoxdur.
Hörmətli Putinə də söylədim. Sizin orada nə işiniz var? Əgər siz hərbi baza quracaqsınızsa, yenə qurun, amma orada bizim önümüzdən çəkilin".
Ərdoğan İdlibdə Türkiyənin şəhid sayının 36-a çtdığını bildirib.
"ŞƏHİDLƏRİMİZİN QANINI YERDƏ QOYMARIQ"
Ərdoğan, "Əsl hədəf Suriya deyil, Türkiyədir. Suriyada istədiklərini alanlar, lülələri dərhal Türkiyəyə çevirəcəklər.
İdlib hərəkatımızda əvvəlki gün vermiş olduğumuz şəhid sayı 34, daha sonra 36-ya çıxdı.
Şəhidlərimizin qanlarını yerdə qoymarıq. Bu ana qədər 2 min 100-ün üzərində rejim ünsürü öldürülüb, 300-ə yaxın texnikası məhv edilmişdir. Dünən axşam 7 kimyəvi məhsulların olduğu anbar partladılmışdır. İşin bu nöqtəyə gəlməsini əsla arzu etməzdik. Amma madam ki, özləri bizi buna məcbur etdilər, nəticələrinə də dözəcəklər",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
- 23 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 45 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır






















