AZAL koronavirusa qarşı tədbirlər görür
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasını həyata keçirir.
QSC-nin yaydığı məlumata görə, AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən aşağıdakı tədbirlər görülür:
- uçuşlardan sonra hava gəmilərinin xüsusi dezinfeksiyaedici mayelər ilə dezinfeksiyası həyata keçirilir.;
- AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün təyyarələri universal profilaktik dəstlər, qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təchiz edilmişdir;
- hava gəmilərində HEPA havalandırma filtrləri vaxtaşırı dəyişdirilir;
- hava gəmisində koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman tədbirlərin görülməsi üçün uçuş heyəti ilə treninqlər aparılmışdır.
Hava gəmilərinin göyərtəsində görülən tədbirlər haqqında videonu keçiddən izləyə bilərsiniz: https://youtu.be/gX4qSDkYKtE
Azərbaycanın beynəlxalq hava limanlarında aşağıdakı tədbirlər görülür:
- sutka ərzində dörd dəfə qeydiyyat zonalarında, tualetlərdə, sərnişinlər üçün nəzərdə tutulmuş otaqlarda bütün səthlərin, habelə sərnişinlərə və onların baqajlarına xidmət göstərən işçi heyətinin geyim və ayaqqabılarının dezinfeksiyası təmin edilir.
- gələn bütün sərnişinlər bədən hərarətini ölçən xüsusi cihaz vasitəsilə 3 səviyyəli yoxlamadan keçir;
- koronavirus infeksiyasına yoluxması şübhəli bilinən sərnişinin olduğu hava gəmisi üçün karantin meydançası ayrılmışdır. Belə hava gəmisinə xidmət göstərmək üçün istifadə olunmuş xüsusi texnika dezinfeksiyaedici vasitələrlə xüsusi qaydada emaletmə prosedurundan keçir;
- yüksək bədən hərarəti aşkar edilən şəxslərin dərhal təcrid edilməsi üçün aeroportda xüsusi otaq ayrılmışdır;
- koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsinə çatdırılması üçün hava limanı ərazisində təcili tibbi yardım maşınları daim növbətçilik edir.
Aeroportda görülən tədbirlər haqqında videonu keçiddən izləyə bilərsiniz: https://youtu.be/TKClgtUGMCQ
Hava gəmilərinə bort qidasının təchizatı və təyyarələrin təmizlənməsi ilə məşğul olan “Sky Catering” şirkəti tərəfindən aşağıdakı tədbirlər görülür:
-bort qidasının hazırlandığı sexlərdə təkrar istifadə olunan qab-qacağın əlavə dezinfeksiyası təmin edilir;
- bort qidasının daşınmasında istifadə olunan çıxarıla bilən avadanlıqların və texnikanın dezinfeksiyası təmin edilir;
- koronavirus infeksiyasına yoluxmasına şübhəli bilinən xəstə aşkar edildiyi zaman həmin hava gəmisindəki qablar və yemək ləvazimatları ilə qida konteynerləri dezinfeksiyaedici vasitələrlə xüsusi qaydada emal edilir;
-işçilər ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün treninqlər keçirilir.
“Sky Catering” şirkəti tərəfindən görülən tədbirlər haqqında videonu keçiddən izləyə bilərsiniz: https://youtu.be/3CVl1NG9VY4
Sərnişinlər tərəfindən Azərbaycanda əlaqə məlumatları və hava gəmisində oturacaq yerinin nömrəsi qeyd edilməklə, sağlamlıq vəziyyəti haqqında xüsusi anketin doldurulması və Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldikdə hava gəmisinin ekipajı tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əməkdaşlarına mütləq qaydada təqdim edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən bütün aviaşirkətlərin nəzərinə çatdırılmış və tapşırılmışdır.
Hava gəmisində koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman qida konteynerləri qablar və süfrə ləvazimatları ilə birlikdə dezinfeksiyaedici vasitələrlə xüsusi qaydada emal edilir.
Yuxarıda sadalanan tədbirlər vəziyyəti nəzarətdə saxlamağa və koronavirus infeksiyasının ölkənin hava nəqliyyatı vasitəsilə yayılması ehtimalını minimallaşdırmağa imkan verir.
Heydər Əliyev Beynəlxalq Aeroportunda operativ qərargah yaradılmış və reyslərin uçuş cədvəlindəki dəyişikliklər və digər aviasiya prosedurları ilə bağlı bütün məsələlərlə əlaqədar müraciət edə biləcəyiniz, 24 saat fəaliyyət göstərən qaynar xətt fəaliyyət göstərir: (+994 12) 497 85 89.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
17 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu



























