Kirayə mənzillərə müraciət başlayıb
İpoteka və Kredit Zəmanət Fondunun (Fond) “Elektron ipoteka və kredit zəmanət” sistemində (EİKZS) kirayə mənzil modulu üzrə bugünədək 6395 vətəndaş elektron kabinet yaradıb və onlardan 4824-ü elektron müraciətinin formalaşdırılmasını yekunlaşdırıb. Müraciətini formalaşdırmış vətəndaşlardan 3498 nəfər müraciətini göndərib, bu müraciətlər şəffaf qaydada elektron sistem vasitəsi ilə növbəyə alınıb və hazırda proses davam edir. Növbəlilik barədə vətəndaşların elektron kabinetinə bildiriş göndərilib və SMS məlumat verilib.
Bu barədə Fondun yaydığı məlumatda deyilir.
Müraciətləri qeydə alınmış vətəndaşların elektron kabinetinə sistem vasitəsi ilə sənədlərin qəbulu tarixi və yeri barədə bildiriş yerləşdiriləcək və SMS məlumat veriləcək. Şəffaflığın və xidmətdə vətəndaş məmnuniyyətinin təmin edilməsi üçün sənədlərin qəbulu 10 mart 2020-ci il tarixindən başlamaqla növbəlilik əsasında Bakı 2 saylı “ASAN Kommunal” mərkəzində və Sumqayıt “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.
Müraciətləri qeydə alınmış vətəndaşlar yalnız bildirişdə qeyd olunan tarixdə sənədlərin qəbulu üçün ASAN xidmət mərkəzinə gəlməlidirlər.
Qeyd edək ki, bundan sonra kirayə mənzillərə müraciət zamanı vətəndaşlar EİKZS vasitəsilə elektron kabinetini yarada, müraciətlərini formalaşdıra və dərhal müraciət göndərə biləcəklər.
Onu da bildirmək lazımdır ki, vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi elektron sistem vasitəsi ilə əldə olunan rəsmi məlumatlar əsasında Fondun açıq bəyan etdiyi meyarlar üzrə həyata keçiriləcək. Belə ki, sənədləri qəbul edilmiş vətəndaşların müraciətinə Fond tərəfindən 5 iş günü ərzində baxılır, onların yaşı, kredit tarixçəsi və rəsmi gəlirləri əsasında kirayəyə yönəldəcəyi maksimal aylıq ödəniş məbləği və kirayə müqaviləsinin maksimal müddəti müəyyən edilir və bu barədə onların elektron kabinetinə bildiriş göndərilir. Bundan sonra həmin vətəndaşların EİKZS vasitəsilə ödəniş qabiliyyətlərinə uyğun yaşayış sahəsini seçmək imkanı yaranır.
İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzillərə dair vətəndaşların məlumatlandırılması, sənədlərin qəbulu, vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi və yaşayış sahəsinin seçilməsi prosesinin gedişatı ilə bağlı bütün zəruri məlumatları mütəmadi olaraq ictimaiyyətə bundan sonra da ətraflı bildirəcək.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 17 d. əvvəl
- 28 d. əvvəl
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
























