E-Pul.az və Visa #EvdəQalNağdsızÖdə kampaniyasını elan etdi
E-Pul.az və Visa elektron ödəniş platforması #EvdəQalNağdsızÖdə kampaniyasına başladığını elan etdi.Kampaniya E-Pul.az platformasının bütün istifadəçilərinə evdən çıxmadan lazımi ödənişləri tez və təhlükəsiz şəkildə həyata keçirmək və koronavirusun yayılmasına qarşı mübarizəyə töhfə vermək üçün hazırlanmışdır.
Kampaniya çərçivəsində E-Pul.az platformasında Visa kartı ilə edilən hər əməliyyatdan 0,25 AZN istifadəçilərdən əlavə məbləğ tutulmadan Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan “Koronavirusla Mübarizəyə Dəstək Fondu"na köçürülür.
Qeyd edək ki, kampaniyada həm qeydiyyatdan keçmiş, həm də qeydiyyatdan keçməmiş istifadəçilər iştirak edə bilərlər.
Kampaniya aprelin 3-dən 30-dək keçiriləcəkdir.
"COVID-19 pandemiyasından qaynaqlanan qeyri-müəyyənlik şəraitində, Visa-nın əsas vəzifəsi işçilərin təhlükəsizliyini və qorunmasını və dünyadakı tərəfdaşların hərtərəfli dəstəyini təmin etmək, habelə dünyanın bütün iştirakçıları və istehlakçıları üçün ödəniş ekosisteminin sabit fəaliyyətini qorumaqdır. Bu çətin zamanda koronavirusla mübarizənin başında duran Koronavirusla Mübarizəyə Dəstək Fondu kimi təşkilatlara kömək üçün təcili addımların vacibliyini də dərk edirik.
Ümid edirik ki, E-Pul.az ilə birgə kampaniyamız lazımi əməliyyatları həyata keçirməklə azərbaycanlıların evdə qalmalarına imkandan əlavə, həm də bu vəziyyətin nəticələrinə qarşı mübarizəyə töhfə verməkdir. " Qafqaz regionu üçün Visa regional meneceri Kristina Doroş qeyd etmişdir.
#EvdəQal çağırışına qoşularaq, E-Pul.az vətəndaşların təhlükəsizliyini təmin etmək üçün nağdsız ödənişlərin artırılmasına yönəlmiş tədbirləri sürətləndirdi. E-Pul.az platformasının geniş imkanlarından faydalanaraq istehlakçılar evlərindən çıxmadan zəruri ödənişləri tez və təhlükəsiz şəkildə onlayn olaraq edə bilərlər.
E-Pul.az innovativ onlayn platformasını təqdim edən "PaySis" MMC 2014-cü ilin avqust ayında yaradılıb. E-Pul.az sistemində müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta və sair xidmətlərin alışı/ödənişi mümkündür.
E-Pul.az mobil əlavəsini yükləmək üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:
Web: https://e-pul.az/epay/home
Android:https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android
IOS:https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4a
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)










