Azərbaycanda elektrik enerjisinin istehsalı artıb
Energetika Nazirliyi 2020-ci ilin I rübündə Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıbMəlumatda qeyd edilib ki, 2020-ci ilin I rübündə respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 175,1 mln. kVt·st (2,57%) artaraq, 6 967,7 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin I rübünə nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 257,3 mln. kVt·st artaraq 6657,6 mln. kVt·st, SES-lərdə 83,0 mln. kVt·st azalaraq 220,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTZ) üzrə isə 0,9 mln. kVt·st artaraq 89,7 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 24,9 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 9,1 mln. kVt·st, Bərk məişət tullantılarının yandırılması zavodunda 55,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2020-ci ilin I rübündə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 295,6 mln. kVts (İES-lərdə 6099,8 mln. kVt·st, SES-lərdə 195,8 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 83,6 mln. kVts (İES-lərdə 54,7 mln. kVt·st, SES-lərdə 21,2 mln. kVt·st, Günəş ES-də 7,7 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 588,5 mln. kVt·st təşkil edib.
2020-ci ilin I rübü ərzində elektrik enerjisinin ixracı 483,2 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 29,9 mln. kVt·st azalıb. Elektrik enerjisinin idxalı 27,0 mln. kVt·st olmaqla, ötən ilin I rübünə nisbətən 14,0 mln. kVt·st azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 saat əvvəl
-
9 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)






