300 milyon manat gəlir əldə edib
“Azərbaycan Dəmir Yolları”nın gəliri 11%-ə yaxın artıb.2019-cu ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yük və sərnişin daşımalarından 299,8 milyon manat gəlir əldə edib ki, bu da 2018-ci ilin göstəricisindən 10,7% çoxdur.
Bu barədə hökumətdən məlumat verilib.
2019-cu ildə respublikanın dəmiryol infrastrukturunun inkişafına 1 milyard 1 milyon 300 min manat kapital qoyuluşu, o cümlədən 653 milyon 900 min manat dövlət investisiya qoyuluşu həyata keçirilib.
Ötən il ADY 10 sərnişin vaqonu, KISS markalı 2 elektrik qatarı və 11 yeni elektrik lokomotivi alıb.
2020-ci ildə Azərbaycan Dəmir Yolları 43,3 km uzunluğunda Ləki-Qəbələ dəmir yolunu istismara verməyi planlaşdırır və 57 km uzunluğunda Xudat-Şahdağ dəmir yolnuun tikintisinə hazırlıq işləri aparır.
Xəbər verildiyi kimi, 2019-cu ildə dəmir yolu ilə 15 milyon 232,7 min ton yük (2018-ci illə müqayisədə artım 9,2%) və 3 milyon 848 min 900 nəfər sərnişin (artım 35,5%) daşınıb.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
13 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























