Yük daşıyanlar barədə məlumatın portala yerləşdirilməsinə başlanılıb
Nazirlər Kabineti yanında Operativ Qərərgahın Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında 31 mart tarixli qərarına əsasən müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə ölkə ərazisində fəaliyyətinə icazə verilən istiqamətlərdən biri də avtomobil nəqliyyatı ilə yük daşımalarıdır.
Xüsusi karantin rejimi dövründə sui-istifadə hallarına yol verilməsinin qarşısını almaq məqsədilə bu sahədə dövlət tənzimlənməsini həyata keçirən orqan olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyətlərini "Fərqlənmə nişanı" əldə etməklə rəsmiləşdirən hüquqi və fiziki şəxslər barədə müvafiq məlumatların bu gündən "icaze.e-gov.az" portalında qeydiyyatına başlanılıb.
Xidmətdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bu saata qədər yük avtonəqliyyat vasitəsilə qanuni fəaliyyət göstərən 1530 nəfər barədə məlumat portala yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
11 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
14 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
15 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























