Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 11% azalıb
2020-ci ilin yanvar-mart ayları ərzində Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 10,5% və ya 30 min 712 nəfər azalaraq 262 min 190 nəfər təşkil edib.
Bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının (GNTA) hesabatında məlumat verilib.
Azərbaycan yanvar-mart ayları ərzində Gürcüstana ən çox xarici ziyarətçi göndərən ölkə olub, ikinci və üçüncü yerlərdə isə müvafiq olaraq Ermənistan (181 min 720) və Rusiya (172 min 123) qərarlaşıb.
Məlumata əsasən, təkcə cari ilin mart ayında isə Azərbaycandan Gürcüstana səfər edənlərin sayı illik müqayisədə 2,7 dəfə və ya 73 min 613 nəfər azalaraq 43 min 437 nəfər təşkil edib.
Xatırladaq ki, 2019-cu ilin martında Gürcüstana 117 min 50 Azərbaycan vətəndaşı səfər edib.
Ümumilikdə cari ilin birinci rübündə Gürcüstana səfərlər illik müqayisədə 17,6% və ya 284 min 459 nəfər azalaraq 1 milyon 333 min 89 nəfər təşkil edib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
11 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























