AccessBank uzun müddətdən sonra mənfəətə çıxdı
Anar Həsənov: "İlin birinci rübündə Bankın əldə etdiyi mənfəət müştərilərin etibarının və komandamızın düşünülmüş fəaliyyətinin nəticəsidir"Mikro, kiçik və orta biznesin kreditləşməsi bazarının lideri olan “AccessBank” 2020-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini elan edib.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, ilk rübün sonunda Bankın aktivləri 895 milyon 341 min manat təşkil edib.
Bu ilin birinci rübünün sonunda Bankın xalis kredit portfeli 532 milyon 401 min manata bərabər olub. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın məcmu portfeli 604 milyon 53 min manat təşkil edib. Qeyd etmək lazımdır ki, bu ilin birinci rübündə kreditlərin 97.6%-i manatla verilib.
2020-ci ilin birinci rübü ərzində “AccessBank” 124 milyon 716 min manat məbləğində kredit verib və bu, ötən ilin birinci rübü ilə müqayisədə 26 milyon 472 min manat çoxdur. Bankın hər ay verdiyi kreditlərin 50%-dən artıq hissəsi və bütün mikro kreditlərin 35%-i kənd təsərrüfatı ilə məşğul olan bizneslərə verilib.
Mart ayının sonuna Bankın əmanət portfeli 588 milyon 351 min manat təşkil edib.
2020-ci ilin birinci rübü ərzində bankın xalis faiz gəlirləri 15 milyon 261 min manata bərabər olub. Bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 50% çoxdur.
2020-ci ilin birinci rübündə Bankın xalis mənfəəti 2 milyon 475 min manat olub.
Hazırda Bankın məcmu kapitalı 79 milyon 411 min manatdır, bu isə minimum məcmu kapital normasından (50 milyon manat) 29 milyon 411 min manat çoxdur.
Mart ayının sonuna Bankın ani likvidlik əmsalı 50.98% təşkil edib, bu isə normadan (30%) təxminən 1.7 dəfə artıqdır.
Mikrokreditləşmə bazarının lideri olan “AccessBank”ın səhmdarları ötən il ölkə bazarında ən böyük təkrar kapitallaşmanı həyata keçiriblər. Bu gün Bankın səhmdarları arasında Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və digər xarici maliyyə institutları və investisiya fondları var.
“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov birinci rübün maliyyə nəticələrini şərh edib: “İlin birinci rübündə Bankın əldə etdiyi mənfəət müştərilərin etibarının və komandamızın düşünülmüş fəaliyyətinin nəticəsidir. Biz başa düşürük ki, bankımızın inkişafı bilavasitə iqtisadi sabitlikdən və müştərilərimizin əminliyindən asılıdır. Güclü müştəri güclü bank və eyni zamanda, bütünlüklə güclü maliyyə sektoru deməkdir. Buna görə də “AccessBank”ın işinin əsas məqsədi mikro, kiçik və orta biznesi dəstəkləməkdən ibarətdir, çünki onların inkişafı Azərbaycan iqtisadiyyatı üçün prioritet təşkil edir. Çox güman ki, gələn rüb bazar üçün çətin dövr olacaq, amma biz əminik ki, müştərilərimizlə birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyik. Biz, uğurları ilə qürur duyduğumuz müştərilərimizi dəstəkləməkdə davam edəcəyik”.
Xatırladaq ki, AcessBank 2017-ci ili 56 milyon 380 min manat, 2018-ci ili 11 milyon 579 min manat, 2019-cu ili 89 milyon 704 min manat xalia zərər ilə başa vurmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 36 d. əvvəl
-
-
40 d. əvvəl
Almaniyada inflyasiya İrandakı müharibənin təsiri ilə 1,5 ilin ən yüksək səviyyəsindədir
-
46 d. əvvəl
İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbə endirib
-
48 d. əvvəl
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
4 saat əvvəl
Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Müharibə Avrozonada inflyasiya gözləntilərinə təsir edib
ABŞ-ın maliyyə naziri: "Hörmüzə nəzarəti yenidən ələ keçirəcəyik"
"İranda yeni və daha qəbul edilə bilən bir rejimlə ciddi danışıqlar aparırıq, böyük irəliləyiş əldə olunub"
Yaponiyada Yenə müdaxilə və faizin artırılması ehtimalı güclənib
Ən çox oxunanlar
Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
Abşeron Ticarət Mərkəzi sahibkarlara dəstək göstərəcək
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
Alüminium bazarında müharibə şoku
























