Hesab.az-dan Visa Kart sahiblərini sevindirən kampaniya!
(®️) Hesab.az hazırda onlayn ödəniş sahəsi üzrə rəqibləri arasında fərq yaratmağı bacarır və günün tələbinə uyğun olaraq yeniliklər etməyə, təkmilləşdirmə işlərinə davam edir.
İstifadəçi məmnuniyyətini təmin etmək və istifadəçilərinə daha yaxşı xidmət göstərmək həmişə şirkətin fəaliyyət mərkəzində dayanmışdır. Bu səbəblə Goldenpay-Hesab.az istifadəçilərinin onlayn ödəyərək əlavə olaraq hədiyyə qazanacağı kampaniyalar etmiş və müxtəlif böyük şirkətlərlə əməkdaşlıqlar həyata keçirmişdir.
Hesab.az Visa ilə birlikdə böyük bir əməkdaşlığa başladı. Qeyd edək ki, əməkdaşlıq iki ay ərzində mərhələli şəkildə olmaqla davam edəcək. İlkin olaraq 1-15 aprel tarixlərində baş tutacaq əməkdaşlıq əsasında Hesab.az istifadəçilərinə olduqca faydalı kampaniya təklifi ilə əməkdaşlığa başlayan şirkətlərin əsas məqsədi insanların onlayn ödənişlərə qarşı marağını artırmaq, onları həm asan yolla ödəniş etməyə, həm də hədiyyə qazanmağa sövq etməkdir. Məlumat üçün qeyd edək ki, kampaniyada Hesab.az-da qeydiyyatlı olaraq ödəniş edən bütün istifadəçilər iştirak edə bilər. Belə ki, 150 AZN və yuxarı bütün ödənişlərini( Bank, sığorta, bilet alışı istisna olmaqla) istənilən Visa kart ilə ödəyən ilk 2000 nəfər dəyərli hədiyyə qazanacaq. Kampaniya haqda ətraflı məlumat: https://bit.ly/3bAYjCi
Eyni zamanda, Hesab.az Visa kartı olmayan və kampaniyada iştirak etmək istəyən istifadəçilərə də, əla fürsət təqdim edir. Belə ki, Xalq Bank ilə əməkdaşlığa əsasən 1-15 aprel tarixlərində Visa kartı olmayan istifadəçilər Hesab.az üzərindən müraciət formunu dolduraraq Xalq Bankdan pulsuz Visa Gold və Visa Classic kartı əldə edə biləcəklər. Müraciət formu: https://bit.ly/39Acfv5
Bildiyiniz kimi, hazırda bütün dünyada davam edən Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür, insanların vacib olmadıqca evlərini tərk etməmələri, evdə qalaraq özərinin və başqalarının sağlamlığını qorumaları tövsiyyə olunur. Bu səbəbdən Hesab.az olaraq bu məsələyə həssas yanaşaraq istifadəçilərin kampaniyada qazandıqları hədiyyələri əldə edə bilmələri üçün hədiyyələrin əldə etmə tarixlərini 1 Maydan 15 İyun olmaqla təyin etmək qərarına gəldi.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)




