Lənkəranda “Hallobonq” növlü sitrus bağları salınır
Lənkəranda “Hallobonq” növlü yeni sitrus bağları salınır. Hazırda rayonda 680 hektar məhsuldar sitrus bağları var.
Rayonun Sütəmurdov kəndi ərazisində 15 hektar sahədə “Gilan Aqro” MMC tərəfindən Cənubi Koreyadan gətirilmiş “Hallobonq” növlü sitrus ağaclarından ötən il 1,5 ton nübar məhsul yığılıb.
Bu il isə Sütəmurdov kəndi ərazisində əlavə 3, Siyavər kəndində isə 5 hektar sahədə yeni sitrus bağları salınıb.
Şürük kəndi ərazisində “Hallobonq” növlü sitrus bağları salmaq üçün 20 hektar ərazi əkinə tam hazır vəziyyətə gətirilib. Yaxın günlərdə əkinə başlanılacaq.
Rayonun Tükəvilə kəndi ərazində 40 hektar sahədə də yeni bağlar salınır. Əkin işlərinə yaxın yaşayış məntəqələrindən 200 nəfərədək kənd sakini cəlb olunub.
Ümumilikdə, Lənkəran rayonunda 100 hektaradək sahədə “Hallobonq” növlü sitrus bağlarının salınması nəzərdə tutulub.
Qeyd edək ki, “Hallobonq” sitrus növü yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik sənaye əhəmiyyətli meyvədir. “Hallobonq”un məhsuldarlığı hər hektarda orta hesabla 35-45 ton təşkil edir. Bu, yerli sitrus növlərindən 2-3 dəfə çoxdur.
İstehsal olunmuş meyvələrdən qida, qənnadı, kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























