Women Bankers Club-ın karantin dövründə təşkil etdiyi vebinarlar böyük marağa səbəb olub
Qadın Bankirlər Klubu (Women Bankers Club) karantin dövründə klub üzvlərinin eləcə də bütün digər insanların bu günlərdən maksimum faydalanmaqları üçün müxtəlif mövzularda maraqlı vebinarlar təşkil edir. Bugünə kimi keçirilən 6 belə vebinarı ümumilikdə 6 mindən çox insan izləmişdir.
Vebinarlarda psixologiya, özünü inkişaf, innovasiya, karyera və biznes məsləhətləri, maliyyə, bankçılıq və digər mövzularda müvafiq sahənin yerli və xarici peşəkarları tərəfindən təqdimatlar keçirilir, canlı olaraq yazılan suallar bu peşəkarlar tərəfindən cavablandırılır.
Vebinarlar klubun facebook səhifəsində həftədə iki dəfə olmaqla, canlı yayım formatında keçirilir. Bu səhifəni bəyənməklə vebinarlar üçün qeydiyyatdan keçə və canlı izləyə bilərsiniz. O cümlədən səhifədə hər bir vebinardan bir neçə gün əvvəl vebinarın mövzusu, spiker, vebinarın keçiriləcəyi elektron mühit, tarix və vaxtı haqqında məlumat elan olunur.
Bugün, 14 may 2020-ci il tarixində Women Bankers Club-ın növbəti qonağı “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Sədr müavini Orxan Bağırovdur. O bizə böhran dövründə şəxsi maliyyənin idarə edilməsi mövzusunda danışacaqdır. Vebinarın sonunda siz eləcə də mövzu ilə bağlı suallarınızı canlı olaraq verə bilərsiniz.
“Women Bankers Club” Azərbaycanda yeganə Qadın Bankirlər Klubudur. Klubun məqsədi maliyyə sektorunda çalışan Qadınları bir yerə yığaraq, uğurlu ünsiyyət platforması yaradıb vahid ideologiya ətrafında faydalı fikir və peşəkarlıq mübadiləsinin aparılması, yeni tanışlıqların, banklararası münasibətlərin qurulması və möhkəmləndirilməsi, bir-birinə işgüzar dəstəyin təmin edilməsidir.
Klubun üzvləri arasında ünsiyyətin təmin olunması üçün facebook-da qapalı Women Bankers Club qrupu vardır. Bu qrupa yanlız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda çalışan qadın əməkdaşlar qəbul olunur. Hazırda qrupun 1,000-ə yaxın üzvü vardır. Əgər siz də ölkənin maliyyə sektorunda çalışan qadınsınızsa bu qrupa qəbul olunmaq üçün müraciət edə bilərsiniz.
Klubun facebook səhifəsi: https://www.facebook.com/profile.php?id=1692057877529968&ref=br_rs
Klubun bağlı facebook qrupu: https://www.facebook.com/groups/172146213433970/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




