Amazon-un ABŞ pərakəndə sektorundakı payı 2021-də 50 faiz olacaq

Amerikanın e-ticarət nəhəngi Amazon-un ABŞ-ın pərakəndə sektorunda bazar payının 2021-ci ildə 50%-ə çıxmasının nəzərdə tutulduğu bildirilir.
"Marja" xəbər verir ki, ABŞ-ın investisiya bankçılığı və aktivlərin idarə edilməsi şirkət "Needham & Company"nin araşdırma hesabatında, 2016-da Amerika pərakəndə sektorunda 34 faiz payı olan e-ticarət şirkəti Amazon-un sektordakı bazar payının 2021-də 50%-ə çıxmasının təxmin edildiyi qeyd olunub.
Amazon-un "Prime" adı verilən xidmətinə, mobil cihazlarda istifadəsinə və üçüncü partiya satıcıların Amazon üzərindən ticarət aparmasındakı artıma diqqət çəkilən hesabatda, "Amazon-un ABŞ-dakı hakimiyyətinin davamlı olduğuna inanırıq". ifadəsi istifadə edilib.
Hesabatda, həmçinin, Amazon-un Nyu-York Birjasında təxminən 900 dollara əməliyyat görən bir səhminin dəyərinin də bu il 1100 dollara qədər çıxmasının təxmin edildiyi məlumatına yer verilib.
Hesabata görə, ötən il ABŞ-ın pərakəndə sektorunda Amazon-dan sonra e-ticarət şirkəti eBay 7,7%-lik bazar payı ilə 2-ci sırada, Walmart isə 5%-dən aşağı bazar payı ilə 3-üncü sırada yer alıb.
Nyu-york Birjasında ötən həftə Amazon-un bir səhminin qiyməti 923 dolların üzərinə çıxaraq rekord qırmışdı. Şirkətin səhmləri son 12 ay ərzində 50% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
8 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
9 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
