Zəbt olunan örüş yerləri yenidən əhalinin istifadəsinə verilir
İsmayıllı rayonunun Quşencə və Qalınçaq kəndlərində, habelə Pirdinar ərazisində zəbt olunmuş örüş yerlərinin qanunsuz çəpərləri səbəbkarların özləri tərəfindən sökülür, maneə məqsədilə qazılmış arxlar doldurulur.
Rayon icra hakimiyyətindən bildiriblər ki, sakinlərin çoxsaylı şikayətləri nəzərə alınaraq, rayon icra hakimiyyətinin rəhbərliyi adıçəkilən kəndlərə baş çəkib, örüş yerlərini özbaşına zəbt edən, habelə torpaqlardan təyinatı üzrə istifadə etməyən şəxslərlə görüşüb. Karantin qaydalarına əməl edilməklə təşkil olunan görüşdə yerli bələdiyyə və icra nümayəndələri də iştirak ediblər. Bu cür əməllərin qanuna zidd olduğu izah olunub, ətraflı maarifləndirmə işi aparılıb.
Bildirilib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən örüş sahələri, kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Torpaq Məcəlləsinin 16-cı maddəsi, həmçinin “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” qaydalarına görə, örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə müddətsiz ayrılıb. Bələdiyyənin ehtiyat torpaq fondunda olan örüş və biçənək sahələrinin müəyyən qismi isə qanunvericiliyə uyğun qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər.
Xüsusilə vurğulanıb ki, Cinayət Məcəlləsinin 188-ci maddəsinə görə, ümumi istifadəyə verilən torpaq özbaşına hasarlanarsa, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Vəzifəli şəxslər tərəfindən icarə və ya mülkiyyətə verilərsə, həmin insanlar 314-cü maddəyə əsasən 3 ildən 8 ilədək həbs olunur, 3 ilədək müddətə müəyyən vəzifə və ya fəaliyyət hüququndan məhrum edilir. O da diqqətə çatdırılıb ki, torpaqlardan təyinatı üzrə istifadə edilməzsə, İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsində nəzərdə tutulduğu kimi, fiziki şəxslər 500, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilə bilər.
Qanunsuz zəbt olunan torpaq sahələri yenidən təyinatı üzrə ümumi istifadəyə verilib. Bu cür özbaşınalıqların aradan qaldırılması üçün qanunvericiliyə əsaslanan maarifləndirmə işləri və bələdiyyələrin rəhbərliyi ilə görülən tədbirlər davam etdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 7 d. əvvəl
- 24 d. əvvəl
-
26 d. əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 28 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ SƏHMLƏR
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi


















