STP tarixində bir ilk
Sumqayıt Texnologiyalar Parkı (STP) tarixində ilk dəfə olaraq Misirə alüminium pəstahlar ixrac edib. Bu, həmçinin Azərbaycan tarixində də Misirə ilk alüminium pəstah ixracıdır.
STP-nin yaydığı məlumata görə, bu önəmli satış İngiltərənin metal xammal və məhsullarının satışını həyata keçirdən tanınmış “Almet Trading UK Limited” şirkəti vasitəsilə baş tutub. Dünya üzrə geniş satış şəbəkəsinə malik ingilis şirkəti ilə əməkdaşlıq Texnoparkın məhsullarını yeni bazarlara çıxartmağa imkan yaradacağı gözlənilir.
Müştəriyə ilkin olaraq ümumi həcmi 100 ton olan 6063 markalı çapı 178 mm, boyu 5800 mm olan alüminium pəstahlar istehsal edilib yola salınmışdır. Gələn ay daha 200 ton alüminium pəstah məhsulu göndərilməsi nəzərdə tutulur.
Alüminium pəstah alüminium profillərin istehsalı üçün nəzərdə tutulmuş xammalıdır. Azərbaycanda bu məhsul Sumqayıt Texnologiyalar Parkının Alüminium və Mis Profilləri Zavodunda istehsal olunur.
STP bundan öncə Danimarka, Polşa, Estoniya, Ukrayna və Türkiyəyə alüminium pəstah və profillər ixrac edib.
Texnoparkın Alüminium və Mis Profilləri zavodu 2014-cü ildə istismara verilib. Zavodda alüminium profillərin istehsalı, toz boya, alüminium əritmə və pəstahalma, mis əritmə sahələri fəaliyyət göstərir. Toz boya sahəsinin aylıq layihə gücü 240 tondur. Alüminium əritmə və pəstahlama sahəsinin illik istehsal gücü 30000 tondur.
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkıregionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də istismara verilib. Hazırda STP-də mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir. Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün geniş çeşiddə məhsullar istehsal edir. Kabel, polimer boru, elektrik avadanlıqları, metal konstruksiyalar, qəliblər, press formalar və ştamplar bu məhsullardandır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 21 d. əvvəl
-
- 27 d. əvvəl
- 36 d. əvvəl
-
47 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 51 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb












.jpg)






.jpg)





