Azərbaycanın qaz nəqlində daha bir böyük hadisə
Azərbaycan qazı Albaniyaya çatıbMayın 20-si səhər saat 6-7 radələrində Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru kəmərinin (TAP) sınaq işləri çərçivəsində Azərbaycandan ilk qaz molekulları Albaniya ərazisinə çatıb.
Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
“İndiyədək Albaniya təbii qaz idxal etmirdi və ölkənin ərazisindən tranzit qaz keçmirdi. Beləliklə, Albaniyanın tarixində ilk dəfə olaraq boru kəməri vasitəsilə qaz çatdırılıb. Bununla Albaniya gələcəkdə öz enerji təchizatında təbii qazdan istifadə etmək imkanı əldə etmiş oldu. Bu həm Albaniya, həm Avropa Birliyi, həm də Azərbaycan üçün böyük hadisədir. Azərbaycan üçün hasil edilən qazın artıq növbəti ölkəyə çatması baxımından əhəmiyyətli hadisədir”, - SOCAR rəsmisi qeyd edib.
O, həmçinin məlumat verib ki, hazırda TAP-ın direktorlar Şurasına SOCAR rəhbərlik edir və şirkət daim TAP-ın irəliləyişini izləyir. Onun sözlərinə görə, koronavirus pandemiyasının geniş vüsət almasına baxmayaraq TAP-da işlər qrafikə uyğun olaraq davam etdirilir.
SOCAR rəsmisi həmçinin xatırladıb ki, Yunanıstanda boru kəmərinin inşası artıq tam başa çatdırılıb, bütün testlər keçirilib, bir neçə ay əvvəl boru kəmərinin həmin hissəsinə texniki qaz vurulub: “Düşünürük ki, pandemiya ilə əlaqədar hər hansı fövqəladə hal baş verməzsə bu il ərzində TAP üzrə bütün işlər başa çatdırıla bilər. Boru kəmərinin son təyinat nöqtəsi olan İtaliyaya çatmasına artıq aylar qalıb. İnanırıq ki, bütün çətinliklərə baxmayaraq TAP işləri vaxtında tamamlamağa çalışacaq. Yunanıstan, İtaliya və digər ölkələrə tarixdə ilk dəfə olaraq təbii qaz nəql olunacaq”.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəməri ilə ilkin mərhələdə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın 10 milyard kubmetrinin Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.
2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.
Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın bu il nəql ediləcəyi gözlənilir.
TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 13 d. əvvəl
- 22 d. əvvəl
-
-
55 d. əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
1 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
2 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA























