Tərtərli arıçı yeniliyə imza atıb
Arıçılıq dünyada ən qədim təsərrüfat sahələrindən biri hesab olunur. Bu qədim sahə min illər ərzində inkişaf edib, arının saxlanması və məhsuldarlığın artırılması istiqamətində daim yeniliklər tətbiq edilib.
Əlverişli iqlim şəraitinə, zəngin bitki örtüyünə malik olan Azərbaycan da tarixən arıçılığın inkişaf etdiyi ölkələrdəndir. Azərbaycan arıçıları arıçılıq sahəsindəki yenilikləri daim izləyir və təsərrüfatlarında tətbiq edirlər.
Tərtər rayonundan olan arıçı Bəkir Ağayev də beynəlxalq təcrübədən yararlanaraq bir pətəkdə iki və daha çox ana arı saxlamaqla ölkəmizdə yeniliyə imza atıb. Kanada təcrübəsinə əsaslanan arıçı müsahibəsində çoxanalı pətəyin üstünlükləri barədə danışıb. O, yeni üsulun tətbiqi sayəsində pətəkdə işçi arıların sayının artacağını, bunun isə məhsuldarlığa müsbət təsir göstərəcəyini deyib: “Arıçılıq mənim hobbimdir. Daim dünya arıçılığı ilə maraqlanır, bu sahədəki yenilikləri öyrənirəm. Kanadada istifadə olunan çoxanalı üsulu da öz təsərrüfatımda tətbiq etdim. Qeyd edim ki, normal ana arı bir sutkada 18 min yumurta qoya bilir. İkianalı sistemdən istifadə etdikdə bu, 36 min, dördanalı sistem olarsa, 72 min deməkdir. Bu isə məhsul bolluğuna gətirib çıxarır. Bal, arı südü, çiçək tozu, güləm və digər məhsullar da istehsal edirik. Çoxanalı sistem tətbiq edildikdə, balla yanaşı, digər arıçılıq məhsullarının istehsalını da artırmaq mümkündür”.
Təcrübə məqsədilə ilkin olaraq 10 pətəkdə yeni üsulu tətbiq edən arıçı gələcəkdə bütün təsərrüfatını bu istiqamətə yönəltməyə çalışacağını deyib. Bildirib ki, yeni üsulun tətbiqi üçün ana setkasından istifadə edilir. Pətəkdəki ana arılar eyni yaşda olmalıdırlar. Əgər ana arıların biri digərindən 1-2 yaş böyük olarsa, onun əmri ilə digəri işçi arılar tərəfindən məhv edilər. Odur ki, ana arıların hansı ilə mənsub olduğunu bilmək üçün onların boynunun arxasından hər ilə uyğun bir rəngdə işarələnir. Pətəyə qoyulmuş setkadan işçi arılar asanlıqla keçirlər. Ana arılar və erkək arılar isə böyük olduqları üçün setkadan keçə bilmirlər. Əgər pətək setka ilə mərtəbələrə ayrılmasa, daha güclü ana arı digər ana arını məhv edər.
Arıçı bildirib ki, gələcəkdə üç və daha çox ana arılı sistem tətbiq etməyi nəzərdə tutub. 6-7 mərtəbədən ibarət üçanalı sistemlə hər bir pətəkdən 80-100 kiloqram bal götürmək mümkündür.
Təsərrüfatında 120 arı ailəsi bəsləyən Bəkir Ağayev arıları payız-qış mövsümündə Tərtərdə saxlayır, may ayının sonunda Kür çayının kənarına, daha sonra isə İsmayıllı və Ağcakənd zonalarına aparır. Arılar Tərtərdə akasiya, Kür qırağında biyan, yağtikanı, İsmayıllıda qaratikan, Ağcakənddə isə cökədən bal toplayırlar.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"

















.jpg)




