Bir sıra banklar yenidən yüksək əmanət faizləri təklif edirlər - SİYAHI
2020-ci ilin ilk 4 ayı ərzində əhalinin banklardakı əmanətləri 880 milyon manat, ötən ilin Noyabr ayının əvvəli ilə müqayisədə isə 1 milyard 53 milyon manat azalıb.
Marja-nın məlumatına görə, əhlinin əmanətlərinin azalmasının əsas səbəbləri aşağıdakılardır:
- Əmanətlərin tam sığortalnaması müddətinin uzadılması barədə qanunun qəbul edilməsinin gecikməsi,
- Neftin ucuzlaşması ilə artan narahatlıq və bununla bağlı olaraq əmanətin geri götürülməsi,
- Mart ayında təşvişin artması ilə əmanətlərin çıxarılaraq dollar alınması,
- Karantin rejimi ilə əlaqədar olaraq əhalinin yığımlarından istifadə etməsi. Bir çox əmanətçi bankdakı yığımını çıxararaq xərcləyib,
- 4 bankın ləğv edilməsi ilə qorxunun artması. Bir çoxları digər bankların da bağlana biləcəyindən narahat olaraq əmanətini çıxarıb.
Fəaliyyətdə olan banklar əmanətlərin azalması ilə əlaqədar olaraq faizləri qaldırmağa və kampaniyalar keçirməyə başlayıblar.
1.AccessBank
“AccessBank” QSC, maksimum 10% ilə olan əmanət təklifinə 1% bonus əlavə edib. Yəni, 12 ay müddətini seçən əmanətçinin yekunda qazancı 11% təşkil edir. Eyni zamanda, faiz gəliri müştərinin istəyinə uyğun verilir. Yəni müştəri faizləri öz istəyilə - aylıq, rüblük, yarımillik, illik və ya müddətin sonunda ala bilər.
2. Bank BTB
“Bank BTB” ASC “Fərqli Depozit” kampaniyasına başlayıb. Kampaniya ilə manat əmanətinin faizi 10%-dən 12%-ə yükəlib. Belə ki, kampaniya müddəti ərzində vəsaitlərini Bank BTB-də yerləşdirən müştərilər əmanətləri üzrə illik 12% gəlir qazanacaqlar. Həmçinin əmanətçi toplanan faizləri istəyilə öncədən, aylıq, rüblük və ya müddətin sonunda götürə bilər. Bu zaman illik faiz azaldılmır.
3. Muğanbank
"Muğanbank" ASC 01 İyun 2020-ci il tarixindən etibarən manat əmanətləri üzrə yeni tariflər təqdim edir. Yeni tariflər ilə, 12 ay müddətinə yerləşdirilən əmanətin faizi 12%-ə yüksəlib. Bankın "Meqa" əmanətinin şərtlərinə görə, minimum məbləği 1000 manat olmaqla, 12 ay müddətinə, illik 12% və 11% dərəcəsi ilə əmanət yerləşdirilə bilər. 12% qazanc əldə etmək üçün faizləri müddətin sonunda almağınız tələb olunur.
4.Yelo Bank
İyunun 1-dən “Yelo Bank” ASC də əmanətin faizini 1,5%-dək artıraraq 11,5%-ə qaldırıb. Bank 12 ay müddətinə yerləşdirilən əmanət üzrə 11.5% qazanc təklif edir. Bir şərtlə ki, müştəri faizləri müddətin sonunda almalıdır. Faizlərin aylıq ödənişi zamanı isə gəlir 11%-ə düşür. Yelo Bank-ın "Sabit" əmanət növünün faizi daha yüksəkdir (12%-dək).
5.Unibank
“Unibank” ASC manat əmanətlərinə əlavə 2% hədiyyə edir. Aksiya çərçivəsində “Müddətli” depozitin faiz dərəcəsi müddətin sonuna 10%-ə yüksəlib. İndiyədək Unibank müddətli əmanət üzrə illik 8% təklif edirdi.
6. Ziraat Bank Azərbaycan
“Ziraat Bank Azərbaycan” ASC yeni depozitlər üçün kampaniyaya start verib. Kampaniya müddətində AZN valyutasında 12 aydan 36 aya qədər Banka depozit yerləşdirən fiziki şəxslərə illik 10% təklif edilməkdədir. Qeyd edək ki, bundan əvvəl Bank əmanətə maksimum illik 7% təklif edirdi. Ziraat Bank kampaniya müddətində yeni depozit yerləşdirən müştərilərə əlavə olaraq 12 aylıq depozit qutusundan istifadə etdikləri təqdirdə ilk 3 ayı pulsuz təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 6 saat əvvəl
-
-
7 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
7 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
8 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
9 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!


























