E-PUL və VİSA sistemi LUKOİL müştəriləri üçün QR ödəniş imkanı yaratdı
(®️) Sektorunun innovatoru olan E-PUL ödəniş sistemi daha bir ilkə imza atdı. E-PUL və VİSA-nın birgə layihəsi nəticəsində “Lukoyl-Azərbaycan” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində QR kod ilə ödəniş etmək mümkün oldu.
İstifadəçilər E-PUL servisinin mobil əlavəsi vasitəsilə QR kodla Bakıdakı LUKOİL brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində ödənişlərini həyata keçirə bilər.
Ödənişlərinizi rahat və təhlükəsiz həyata keçirmək üçün aşağıdakıları yerinə yetirin:
- E-PUL mobil əlavəsini yükləyin:
Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android
IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4
- Kartı qeydiyyatdan keçirin və təhlükəsiz sistemə əlavə edin;
- Operator kassada məbləği daxil etdikdən sonra yanacaq sütununa quraşdırılmış QR kodu oxudun;
- Mobil əlavədə operator tərəfindən kassada daxil edilən məbləğ əks ediləcək;
- Bir toxunuşla vəsait kartdan silinir və bu əməliyyat E-PUL hesabında "Tarixçə" bölməsində əks ediləcək;
- Kassada operatora ödənişin uğurla həyata keçirilməsi barədə qəbz verilir.
Göründüyü kimi, bu yenilik bir sıra üstünlüklərə malikdir. Artıq operatorun ödənişi qəbul etmək üçün POS-terminalla sürücüyə yaxınlaşmasına ehtiyac qalmır. Başqa sözlə, müştərilərlə operator arasında təmas minimuma endirilir ki, bu da pandemiya dövründə olduqca önəmlidir.
Yeniliklə bağlı məlumat verən "Paysis" MMC-nin baş direktoru Samir Nasibov bunları xüsusi vurğuladı:
“Azərbaycanda bu xidmətin hələ tətbiq edilməməsinə və populyar olmamasına baxmayaraq, QR ödənişləri sürətli və rahat ödənişləri təmin edir. POS-terminaldan istifadə etmədən ödənişləri anında yerinə yetirmək olur. Qürur duyuruq ki, "Lukoyl-Azərbaycan" QSC və Visa ilə birlikdə ilk dəfə Azərbaycanda bu xidməti təqdim edirik. Bununla da nağdsız ödənişlər istiqamətində fəaliyyətimiz daha da genişləndirilir və rəqəmsal iqtisadiyyata keçidin sürətlənməsinə şərait yaradılır".
"Lukoyl-Azərbaycan" QSC-nin baş direktoru Zaur Cəlilov isə bildirdi ki, onun rəhbərlik etdiyi şirkət üçün bu layihənin reallaşdırılması müştərilərin rahatlığı və məmnuniyyəti üçün atılmış uğurlu addımlardan biridir: "Biz daim inkişaf və rahatlıq imkanlarını axtarır, xidmətin operativliyini artırmaq üçün yeni nəsil texnologiyalar tətbiq edirik. Artıq LUKOIL YDM-lərində siz mobil tətbiqin köməyi ilə avtomobildən çıxmadan yanacaq doldura bilərsiniz. Sevindiricidir ki, VISA və E-PUL kimi innovativ tərəfdaşlarla birgə növbələrsiz, xeyli sayda ödəniş kartı və nağd pulu daşımağa ehtiyac olmayan gələcəyi yaxınlaşdırırıq".
İnnovativ olanlar hər zaman qazanır! İyunun 11-dən LUKOİL yanacaqdoldurma məntəqələrindən QR kodla minimum 10 AZN dəyərində yanacaq alan hər bir E-PUL və VİSA istifadəçiləri ilk tranzaksiyaya 5 AZN endirim əldə edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 12 d. əvvəl
- 28 d. əvvəl
-
49 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 56 d. əvvəl
- 59 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Ən çox oxunanlar
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA







.jpg)








.jpg)


