Turizm şirkətləri AZAL-ın biletləri yalnız onlayn satmasından narazıdır

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə onlayn görüş keçirilib.
Bu barədə Assosiasiyadan bildirilib.
Məlumata görə, görüşdə ikitərəfli əlaqələrin və əməkdaşlığın genişləndirilməsi, uçuşların bərpası, sərnişinlərin təhlükəsizliyi, eləcə də bilet satışı ilə məşğul olan turizm şirkətlərinin fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev hazırda turizim şirkətlərinin böhran yaşadığını, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq böyük maliyyə itkiləri ilə üzləşdiklərini diqqətə çatdırıb. O, iyunun 18-dən AZAL-ın bilet satışını yalnız onlayn qaydada həyata keçirməsini əksər turizm şirkətlərinin müəyyən narazılıqla qarşıladığını da bildirib.
Məhdudiyyətlərin pandemiya dövründə tətbiq olunmasının vacibliyinə toxunan AZAL-ın vitse-prezidenti Eldar Hacıyev yeni qaydaların tətbiqində əsas məqsədin vətəndaşların sağlamlığını qorumaq və sosial məsafəni saxlamaqla virusun geniş yayılması riskinin qarşısının alınması olduğunu bildirib. O, karantin bitdikdən sonra bilet satışlarının sərnişinlərin istəyinə uyğun olaraq həm kassalara yaxınlaşmaqla, həm də onlayn şəkildə mümkün olacağını qeyd edib, eyni zamanda turizm şirkətlərinin karantindən sonra öz müştərilərinə bilet satışını əvvəlki qaydada həyata keçirə biləcəyini də vurğulayıb.
E.Hacıyev hazırda həyata keçirilən xüsusi reyslərin pilot layihə olduğunu və nəticələrdən asılı olaraq digər istigamətlərə də uçuşların açılmasını nəzərdən keçirdiklərini deyib.
Müzakirələr çərçivəsində R.Hacıyev iş yerlərində virusa yoluxma risklərini azaltmaq məqsədi ilə ATAA tərəfindən turizm şirkətləri üçün yeni standartlar təklifinin hazırlandığını da diqqətə çatdırıb.
Onlayn müzakirələrin sonunda ikitərəfli görüşlərin mütəmadi olaraq keçirilməsi, AZAL və ATAA üzvləri arasında pandemiya və post-pandemiya dövründə kommunikasiya əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 26 d. əvvəl
- 29 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
