Avronun qiyməti düşə bilər
Beynəlxalq valyuta birjalarında dolların 1%-ə kimi bahalaşacağı proqnozları avro və funtu təzyiq altında saxlamaqdadır.Avrozonada inflyasiyanın 0.3%-ə yüksəlməsi və bunun ABŞ-dan açıqlanan 0.1%-lik inflyasiya göstəricisindən yüksəl olması, EUR/USD məzənnəsinin bahalaşmasına səbəb olmuşdur.
Lakin Amerika və Asiya sessiyalarında məzənnə yenidən 1.13$-ın altında müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən, avronun qiyməti 1.13$-ın altında qaldıqca, ucuzlaşma 1.11$-a kimi davam edə bilər.
İngiltərə iqtisadiyyatı ilə bağlı dərc edilən inkişaf göstəriciləri isə mənfi açıqlansa da burada da ABŞ və Avrozona ilə müqayisədə nisbətən yaxşı iqtisadi vəziyyət GBP/USD məzənnəsinin bahalaşmasına səbəb olmuşdur. Asiya sessiyasında funtun dollara nisbətən məzənnəsi müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Beləliklə, funtun qiyməti 1.24$-ın altında qalarsa, 1.22$-a kimi yenidən ucuzlaşa bilər.
Amerika iqtisadi göstəricilərinin Avrozona və İngiltərə iqtisadiyyatları ilə bağlı göstəricilərə nisbətən zəifləsə də dolların aparıcı valyutalara nisbətən orta qiymətində texniki səbəblərlə əlaqədar 1%-ə kimi bahalaşma proqnozlaşdırılır. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da Amerikanın sənaye sektoru üzrə önəmli göstəricinin dərci də böyük maraqla gözlənilməkdədir. Sözügedən göstərici üzrə güclü artımın olacağı ehtimal edilir. Saat 22:00-da yayımlanacaq FED-in son toplantı protokolu da diqqət mərkəzində saxlanılmalıdır.
Ümumilikdə iqtisadi və Breksit, ABŞ-Çin gərginləşən siyasi münasibətlər kimi rikslərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbi yenidən artırmışdır. Bir unsiya üzrə qiymət son yeddi ilin maksimumunu yeniləyərək, bahalaşmaqda davam edir və qiymət 1765$-ın üzərində qaldıqca, 1826$ - son səkkiz ilin maksimumuna kimi dəyər qazanacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 19 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi







.jpg)





.jpg)






