"Volvo" 2,1 milyon avtomobili geri çağırır
İsveçin "Volvo Cars" şirkəti təhlükəsizlik kəməri çatışmazlığı səbəbindən 2 milyondan çox avtomobili geri çağırır. Bu, "Volvo" tarixində ən böyük geri çağırışıdır.
Məlumata görə, qoruyucu təsiri zəiflədə biləcək ön təhlükəsizlik kəmərinin çarxlarındakı polad trosda qeydə alınmış problem səbəbindən 2006-cı ildən 2019-cu ilədək istehsal olunan təxminən 2,1 mln. "Volvo" avtomobili geri çağırılır.
Şirkətin mətbuat katibi Stefan Elfströmün sözlərinə görə, bu, "Volvo" tarixindəki ən böyük geri çağırışdır. Aşkar edilmiş nasazlıqla bağlı xəsarətlərin olması barədə artıq sübutlar mövcud olsa da, avtomobil istehsalçısı bunu gələcəkdə oxşar hadisələrin qarşısını almağa yönəldilmiş profilaktik tədbir adlandırır. "Müəyyən şərtlər və zaman keçdikcə polad tros köhnəlir. Bu, olduqca nadir bir problemdir", - deyə S. Elfström əlavə edib.
Nəticədə, "Volvo"nun S60, S60L, S60CC, V60, V60CC, XC60, V70, XC70, S80 və S80L modelləri geri çağırılır.
Xatırladaq ki, geri çağırılan 2,1 mln. avtomobilin 412 mini İsveçdədir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























