“Azərbaycan Dəmir Yolları”nın tarixində bir ilk
Azərbaycan Dəmir Yolları elektrik təchizatında dəyişən cərəyana keçid edir. Dəyişən cərəyana keçid elektriklə işləyən lokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilə daşınan yük həcminin və sərnişin sayının artırılmasına müsbət təsir edəcək.“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tarixində ilk dəfə olaraq dəyişən cərəyan sisteminə keçidin sınağı baş tutub. Dəyişən cərəyanla işləyən yeni elektrovozun ilk test yürüşü uğurlu alınıb. Sınaq yürüşü Gəncə yaxınlığında yerləşən Alabaşlı stansiyasında keçirilib.
Dəyişən cərəyan dartısına keçid enerji və digər resurslara qənaətə, xərclərin optimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq.
Hazırda ADY-nin lokomotivlərinin 90 faizi elektrik dartısı ilə hərəkət edir və bu səbəbdən ADY dəyişən cərəyan istifadəsini genişləndirməyi hədəfləyir. Bunun üçün 12 dartı yarımstansiyası tikilib və 768 km kontakt şəbəkəsi yenidən qurulub. Həmçinin Alstom şirkətindən 40 ədəd dəyişən cərəyanlı yük lokomotivi və 10 ədəd ikili elektrik təchizatı sistemində (sabit və dəyişən cərəyanlı) işləyən sərnişin lokomotivi sifariş edilib. Onlardan 13 yük və 10 sərnişin lokomotivi artıq ölkəyə gətirilib.
Dəyişən cərəyanla işləyən lokomotivlərin beynəlxalq istismar standartlarına uyğun saxlanılmasına və texniki baxışına imkan yaratmaq məqsədi ilə ADY tərəfindən iki müasir lokomotiv deposunun Biləcəri və Gəncədə tikintisi aparılır.
Qeyd edək ki, dəyişən cərəyana keçid üzrə işlər çərçivəsində 2019-cu ilin oktyabr ayında Qazaxıstanın Nur-Sultan şəhərində təşkil edilmiş simulyator təlimini ADY-nin 23 nəfər maşinisti uğurla bitirərək sertifikat alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























