“Baş nazir bu gün iclas keçirəcək, nəzarətlə bağlı çox ciddi tapşırıqlar veriləcək”
“Avqustun ayının 5-dən artıq yumşalmalara başlanılıb”.
Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Ş. Mövsümov bildirib ki, artıq bir neçə gündür, vətəndaşlar çimərliklərdən istifadə edir:
“Növbəti həftə atılacaq addımlarla bağlı da dünən qərar açıqlanıb. Addımlar tədricən həyata keçirilir. Bu addımların həyata keçirilməsi bir çox digər ölkələrin təcrübəsinə uyğundur. Açılma nəticəsində virusa yoluxma riski artır. Bu bütün ölkələrdə narahatlıq doğurur. Bütün bunları nəzərə alaraq Azərbaycanda addım-addım yumşalmalara gedəcəyik. Yumşalmalar nəticəsində yoluxmanın artması ehtimalı böyükdür. Bizim qarşımızda duran ən əsas məsələ virusun yoluxmasının qarşısımı almaqdır. Birinci istiqamət karantin rejiminin çox sadə qaydalarına əməl etməkdir. Bu, ən vacib məsələdir. Bu hər birimizdən asılıdır. Qaydalara əməl etsək, yoluxmanın sürətini aşağı salacağıq. İkinci istiqamət qoyulan qaydalara əməl olunmasına nəzarəti həyata keçirməkdir. Bu istiqamətdə çox ciddi addımlar atılacaq. Bunun yükü hökumətin üstünə düşür. Bu gün Baş nazirin başçılığı ilə böyük iclas keçiriləcək. Bütün icra başçılarına müvafiq tapşırıqlar veriləcək. Üçüncü virusa yoluxanları tez aşkar etməkdir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 d. əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
-
- 35 d. əvvəl
- 42 d. əvvəl
-
45 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
1 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
1 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma




























