"Balın satışında da məhdudiyyət yaranıb"
Aran arıçıları yay balının süzümünə başlayıblar.
Gəncə Arıçılıq Assosiasiyasının sədri Füzuli Verdiyev bildirib ki, bu il yeni növ koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejiminin iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında müəyyən çətinliklər yaratmasına baxmayaraq, daha çox köçəri arıçılığa üstünlük verən aran - Gəncə arıçıları üçün məhsuldarlıq yüksək olub.
Füzuli Verdiyev qeyd edib ki, pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin dövrünün ilk günlərində arıçıların arıxanalara gediş-gəlişində, arı ailələrinin müxtəlif yerlərə daşınmasında, eləcə də arıçıların ehtiyacı olan və xarici ölkələrdən idxal olunan mum, şan və digər arıçılıq məhsullarının fermerər üçün əlçatanlığında müəyyən çətinliklər yaranmışdı.
Eyni zamanda, bu il yazın əvvəlində yağıntılı günlərin daha çox olması, yayda respublika ərazisində müşahidə olunan quraqlıq və arıçıların son məhsullarını yığdıqları dövrdə - yayın sonunda isə yenidən yağıntılı günlərin üstünlük təşkil etməsi kənd təsərrüfatının bir çox sahələrinə, o cümlədən də arıçılıqda məhsuldarlığa ziyan vurub. Havaların qeyri–sabit keçməsi bal süzümünün vaxtında həyata keçirilməsini, eləcə də arıların dərmanlanmasını, dezinfeksiya işlərini və qışa hazırlıq prosesini ləngidib.
Bütün bunlara baxmayaraq, aran arıçıları öz təsərrüfatlarını il ərzində Kür qırağına, dağətəyi və dağlıq ərazilərə köçürdükləri üçün 3 dəfə bal süzümü həyata keçirə biliblər və məhsuldarlıq da oturaq arı təsərrüfatlarından fərqli olaraq xeyli yüksək olub.
Assosiasiya sədri qeyd edib ki, hazırda Gəncə şəhəri üzrə subsidiya almaq üçün 89 arıçı qeydiyyatdan keçib. Arıçılar bol məhsul götürmək üçün arıxanalarında əsasən müxtəlif xəstəliklərə davamlı, yüksək məhsuldarlığa malik cins arılara üstünlük verməli, profilaktiki tədbirləri vaxtlı-vaxtında yerinə yetirməli, ənənələrə əsaslanan təcrübələri ilə yanaşı, elmi- nəzəri biliklərini artırmalı və daha çox innovativ yenilikləri dəstəkləməlidirlər.
Balın satışından danışan Füzuli Verdiyev bildirib ki, bu vaxtadək arıçılar məhsullarını həm yerli alıcılara, həm də xarici turistlərə daha çox respublika üzrə təşkil olunmuş bal-sərgi yarmarkasında satıblar. Lakin pandemiya ilə əlaqədar respublika ərazisində tətbiq olunan xüsusi karantin rejimi dövründə bir çox tədbirlərlə yanaşı, otellərin, kafe, restoran və şadlıq saraylarının fəaliyyətinin dayandırılması balın satışında da məhdudiyyət yaradıb. Digər tərəfdən isə pandemiya dövründə əhalinin immuniteti artıran məhsul kimi arı məhsullarına, eləcə də bala üstünlük verməsi bu məhsulun fərdi alıcılar tərəfindən pərakəndə alışını artırıb.
Artıq bal süzümünə başlayan arıçı Rüstəm Musayev isə təsərrüfatında əsasən nəsildən-nəslə ötürülən ənənələrə üstünlük verən arıçılardandır. Arıçı deyir ki, son dövrlərdə texnologiyanın inkişafı nəticəsində artan elektromaqnit dalğalarının təsirindən arılar geri qayıdarkən öz yuvalarını tapmaqda çətinlik çəkirlər. Qlobal iqlim dəyişikliyi, təbiətdəki anomal hadisələr, quraqlıq və yağıntılı günlər arıların daha çox nektar topladığı günlərə təsadüf etdiyindən həm bu, həm də digər amillər məhsuldarlığa özünün mənfi təsirini göstərir. Rüstəm Musayev hesab edir ki, arıçılar arıları süni nektarinlə deyil, təbii yolla bəsləməyə üstünlük verməlidirlər. Çünki arının toplamış olduğu bu cür balın ümumi çəkisi az – əlverişli şəraitdə 1-1,5 kiloqram olsa da, keyfiyyəti yüksək olur.
Azərtac
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 7 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 12 saat əvvəl
-
12 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb






















