Bank Respublika Azərbaycanda ilk dəfə Whatsapp-da çat-bot istifadəyə verdi
(®️) Siz hələ də sorğularınızla bağlı Banka zəng edirsiniz? Növbəniz çatmaq üçün uzu müddət gözləməli olursunuz? Artıq buna ehtiyac yoxdur!
Ölkəmizdə rəqəmsal bankçılığını inkişafına və müştəri məmnuniyyətinin artırılmasına böyük diqqət ayıran Bank Respublika, növbəti yeniliyi təqdim edib. Bank Azərbaycanda ilk dəfə olaraq Whatsapp Messenger üzərindən müştəriləri üçün yeni çat-bot xidmətini istifadəyə verdi.
Yeni xidmət vasitəsilə, müştərilər artıq banka gəlmədən, zəng etmədən vaxt itkisinə yol vermədən banka ünvanlandığı ən önəmli suallarla bağlı 24 saat ərzində cavab tapa biləcək. Bunun üçün Whatsapp Messenger-də (51) 4 144 144 nömrəsinə Sizi maraqlandıran məsələ ilə bağlı açar sözü (“kredit, “depozt”, “kart” və s.) yazıb göndərmək kifayətdir. Bot avtomatik olaraq Sizin sorğunuzu təhlil edib operativ cavablandıracaq.
Çat-Bot müştərilərin suallarını cavablandırmaqla yanaşı, sifarişləri onlayn qaydada avtomatik həyata keçirir, bank məhsulları barədə ətraflı məlumat verir, müştərilərin verdikləri cavablar əsasında onları yönləndirir, həmçinin müştəriyə yaxın filial və ya bankomatın ünvanını göstərir.
“Ölkəmizdə ilk dəfə olaraq ən populyar mesencer olar Whatsapp üzərindən çatbotun məhz Bank Respublika tərəfindən istifadəyə verilməsinə çox şadıq. Yeni çat-bot vasitəsi ilə, müştərilərimiz zamanlarına qənaət edərək bank sorğularına rahatlıqla cavab tapa biləcək! İlkin mərhələdə müştərilərimizə banka müraciət zamanı ən çox sorğu olunan məhsullarımız - kreditlər və kartların sifarişi üzrə tam avtomatlaşdırılmış dəstək göstəriləcək. Növbəti mərhələdə isə çat-botun məlumat bazası, müştərilərin sorğularına əsasən daha da genişləndiriləcək və müştərilərə çat-bot üzrə daha geniş imkanlar təklif olunacaq.” - deyə “Bank Respublika”nın Pərakəndə Satışlar Departamentinin direktoru Anar Həmidov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
3 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
5 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
6 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib





















.jpg)






