"Dolların ucuzlaşması hələ yeni başlayır"
Pimco-nun portfel meneceri dolların inkişaf edən ölkələrin valyutaları qarşısındakı ucuzlaşmasının hələ yeni başladığını bildirib.Aktivlərin idarə edilməsi üzrə dünyada ən iri şirkətlərdən biri olan "Pacific Investment Management Co"ya (Pimco) görə, dolların inkişaf edən ölkələrin valyutaları qarşısında zəifləməsi üçün yer olduğundan eniş hələ yeni başlayır.
Marja xəbər verir ki, Honq Konqda Pimco-nun portfel meneceri olan Stephen Changa görə, ABŞ dolları mühüm bazar valyutaları qarşısında hələ 2% müsbətdədir. Həmçinin dollar 2019 ortalaması ilə müqayisədə daha güclüdür.
Əhəmiyyətli bir dönüş nöqtəsinin ABŞ-da yeni təşviq paketinin həyata keçirilməsi olacağını vurğulayan Chang, "Dolların dəyərdən düşməsinin hələ ilk mərhələlərindəyik. İzləniləcək mühüm hadisə ABŞ-da dördüncü mərhələ təşviq paketinin həyata keçirilib keçirilməyəcəyidir" deyib. Chang, təşviq paketinin həyata keçirilməməsi vəziyyətində dolların bahalaşacağını ifadə edib.
Trampın rəhbərlik etdiyi hökumətin pandemiya müddətini idarə etməkdə çətinlik çəkdiyinin düşünülməsi və Fed-in iqtisadiyyatı dəstəkləmək üçün sərhədsiz likvidlik təmin edəcəyi öhdəliyinin təsiri ilə dollar son dövrdə təzyiq altındadır. Bloomberg Dollar İndeksi Mart zirvəsindən bu yana 10% geriləyib.
Dünən Fed sədri Jerome Powell-in, faizin illər ərzində aşağı qala biləcəyi barədə şərhinin ardından Yapon Yeni və Dollar düşüb. Riskli aktivlər isə "ralli" edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 21 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi







.jpg)





.jpg)








