Azərbaycanda borcalanlara fərdi reytinqlərin verilməsinə başlanılır
Azərbaycan Kredit Bürosu yeni skorinq xidmətini istifadəyə verib. bu xidmətdən istifadə edən təşkilatlar borcalanın keçmiş kredit məlumatlarına əsasən onun gələcək defolt ehtimalını hesablayıb, yeni kredit əldə etməsinə uyğunluğunu müəyyən etmək imkanı əldə etmiş olacaqlar
Azərbaycan Kredit Bürosu (AKB) 24 avqust 2020-ci il tarixindən yeni kredit skorinq xidmətini əməkdaşlıq etdiyi təşkilatların istifadəsinə təqdim edib.
Bu barədə Bürodan Marja-ya daxil olmuş məlumatda bildirilir.
Proqnozlaşdırma gücü kifayət qədər yüksək olan (Gini əmsalı - 66.3) bu model AKB ilə Türkiyənin “Kredi Kayıt Bürosu”nun (KKB) birgə əməkdaşlığı çərçivəsində hazırlanmışdır.
Təqdim olunmuş yeni xidmət AKB-də kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlilinə əsasən borcalan davranışlarının öyrənilməsini və əldə edilən nəticələr əsasında fərdi reytinqlərin verilməsini həyata keçirir.
"Yeni kredit skorinq xidməti kredit təşkilatlarında qiymətləndirmə prosedurlarının sadələşdirilməsində, əməliyyat xərclərinə qənaət edilməsində, kredit risklərinin azaldılmasında, habelə borcalanın maliyyə intizamının möhkəmləndirilməsində mühüm rol oynayacaqdır. Belə ki, bu xidmətdən istifadə edən təşkilatlar borcalanın keçmiş kredit məlumatlarına əsasən onun gələcək defolt ehtimalını hesablayıb, yeni kredit əldə etməsinə uyğunluğunu müəyyən etmək imkanı əldə etmiş olacaqlar",- məlumatda deyilir.
Yeni servisin skor şkalası 1-1000 arasında olacaqdır.
Məlumat üçün bildirək ki, AKB ölkənin qabaqcıl 8 bankı tərəfindən 2018-ci ildə təsis edilmişdir. Cari dövrə AKB-nin əməkdaşlıq etdiyi təşkilatların sayı 137-yə çatmışdır.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
