Sığorta haqlarının 76%-i 5 şirkətin kassasına daxil olur
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanılmış 467 milyon 483 miln manat sığorta haqqının 353 milyon 925 min manatı və yaxud 75,7%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (157 milyon 504 min manat), "PAŞA Sığorta" (109 milyon 92 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta" 41 milyon 58 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (24 milyon 962 min manat) və "Qala Sığorta" (20 milyon 481 min manat) ASC-lərdir.
7 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), "Naxçıvan Sığorta" (822 min manat) və "Bakı Sığorta” (920 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,747 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,4%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 111 milyon 811 min manat (23,9%) təşkil edib.
Sığorta ödənişlərinin 85%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyata keçirilmiş 223 milyon 196 min manat sığorta ödənişinin 190 milyon 134 min manatı və yaxud 85,2%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (117 milyon 74 min manat), "PAŞA Sığorta" (34 milyon 843 min manat), "Atəşgah Həyat Sığorta" (19 milyon 695 min manat), “Xalq Sığorta” (9 milyon 393 min manat) və "Atəşgah Sığorta" (9 milyon 129 min manat) ASC-lərdir.
7 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (8 min manat), "Bakı Sığorta" (157 min manat), "Rəvan Sığorta" (256 min manat) və “Amrah Sığorta” (475 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 896 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 32,166 milyon manat (14,4%) təşkil edib.
©️ "Renkinq"
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 16 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
BMW ABŞ-da təxminən 59 min avtomobili geri çağırır - Qısaqapanma riski
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
SOCAR və Samsung E&A anlaşdı
Daha bir Yapon nəhəngi TV biznesini Çin şirkətinə həvalə etdi
BOKT illik 17% ilə 1,1 milyon manat borc aldı
Ən çox oxunanlar
Rusiyanın neft və qaz gəlirləri azalır
Fevralın 26-da gözlənilən hava şəraiti
Banklarda aktivlərin təsnifləşdirilməsi və ehtiyatların yaradılması iki tələb üzrə aparılacaqdır
Azərbaycanda internetin sürətinə minimum hədd qoyula bilər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub
Azərbaycanın sığorta bazarı kiçilib






















