Yeni sədr baytarlıq xidmətlərilə bağlı planları açıqladı
“Nazirlər Kabinetinin yeni qərarı ilə təsdiqlənmiş “Xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin Siyahısı” heyvan sağlamlığı sahəsində xidmətlərin təkmilləşdirilməsi məqsədilə atılan addımdır”.
Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) yeni sədri Mirzə Əliyev deyib.
AXA sədri qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin bu ilin aprelində imzaladığı “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanla Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan baytarlıq məntəqələrinin 2022-ci ilədək mərhələli şəkildə ləğvi nəzərdə tutulur. Yeni qərar dövlət sifarişi əsasında özəl baytarlıq subyektlərinin (hüquqi və fiziki şəxslərin) göstərəcəyi xidmətlərin siyahısını özündə birləşdirir.
“Dövlət xüsusi təhlükəli xəstəliklərlə mübarizə məsuliyyətini öz üzərində saxlayır. Aqrar Xidmətlər Agentliyi ilə müqavilə əsasında baytarlar xüsusi təhlükəli xəstəliklərin diaqnozu, profilaktikası və müalicəsini həyata keçirəcəklər. Bu da həm sərbəst fəaliyyətə başlamış baytarların fəaliyyətinə dəstək olacaq, həm də daha çox baytar mütəxəssislə işləməyə imkan verdiyindən xidmətlərin keyfiyyətli icrasını təmin edəcək”, - deyə AXA sədri vurğulayıb.
Mirzə Əliyev əlavə edib ki, növbəti addım olaraq AXA ilə baytarlıq subyektləri arasında bağlanacaq müqavilənin nümunəsi təsdiqlənəcək. Bundan başqa, baytarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) onların qeydiyyatını və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin elektron qaydada izlənilməsini təmin edən Baytarlıq Xidmətləri Monitorinqi altsistemi formalaşdırılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 13 d. əvvəl
-
50 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















