Elektrik enerjisi istehsalı azalıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ilin səkkiz ayı üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2156,2 mln. kVt·st, ixracı 97,86 mln. kVt·st, idxalı 7,3 mln. kVt·st olub.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 224,7 mln. kVt·st, ixrac 67,74 mln. kVt·st, idxal isə 3,5 mln. kVt·st azalıb.
Cari ilin yanvar-avqust aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,1 mln.kVt·st azalaraq 17502,7 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 231,2 mln. kVt·st artaraq 16415,5 mln. kVt·st, SES-lərdə 357,8 mln. kVt·st azalaraq 846,6 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,5 mln. kVt·st azalaraq 240,6 mln. kVt·st olub. Külək Elektrik Stansiyalarında 70,5 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 33,1 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 137,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Yanvar-avqust aylarında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 15649,8 mln. kV·ts (İES-lərdə 14952,1 mln. kVt·st, SES-lərdə 697,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 286,5 mln. kV·st (İES-lərdə 124,6 mln. kVt·st, SES-lərdə 133,2 mln. kVt·st, Günəş ES-də 28,7 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 1566,4 mln. kVt·st təşkil edib.
Bu dövrdə elektrik enerjisinin ixracı 829,7 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 111,1 mln. kVt·st, idxalı isə 94,7 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 9,7 mln. kVt·st azalıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)
.jpg)







.jpg)





