AzRose Qızılgül İstixanasından yeni növ qızılgüllər - FOTO
(®️) İnsanlara hər zaman yüksək əhval-ruhiyyə bəxş edən güllər arasında valehedici gözəlliyi və ətri sayəsində heç şübhəsiz ki, qızılgül ən önəmli seçimlərdən biridir. Dünya bazarlarında olduğu kimi ölkəmizdə də bu növ güllərə böyük tələbat vardır.
2018-ci ildən fəaliyyətə başlamış və Azərbaycanın lider qızılgül istehsalçısı kimi tanınan “AzRose Qəbələ” layihəsi bu sahədə öz müştərilərini heyrətləndirməkdə davam edir. Dekorativ güllərin beynəlxalq miqyasda ən iri ixracatçısı kimi tanınan Niderland Krallığının mütəxəssislərinin dəstəyi ilə Qəbələ rayonunda müasir standartlara cavab verən istixanada kompleksində yetişdirilən qızılgüllər yüksək keyfiyyəti və görünüşü ilə öz müştərilərinin zövqünü oxşamaqdadır. İlkin olaraq yerli bazara 8 növ qızılgül çeşidi təqdim edən müəssisə zaman keçdikcə artan tələbatı və yeni istəkləri nəzərə alaraq bu sayı artırmışdır. Cari ilin avqust ayından etibarən “AzRose” şirkəti Niderland Krallığından gətirilən yeni növ və rəngdə olan qızılgülləri yerli bazarda satışa çıxarmışdır. Hazırda qeyd edilən istixana kompleksində ümumilikdə 20 növə yaxın qızılgül çeşidləri yetişdirilməkdədir.
AzRose Qəbələ layihəsinin rəhbəri Nicat Mirzəyevin bildirdiyinə görə yeni növ güllər ölkə bazarında böyük maraqla qarşılanır. Çeşidlərdə təqdim olunan yeniliklər yerli bazardakı qızılgüllərin rəngarəngliyi və müştəri məmnunluğunu artırmışdır. Güllərin rəng seçiminə gəldikdə isə burada narıncı, tünd çəhrayı, qırmızı, bənövşəyi, iki rəngli (bicolor) qırmızı/sarı, açıq çəhrayı rəngləri xüsusi ilə vurğulamaq olar. Qeyd edək ki, təqdim edilən güllərdən Sophia Loren, Espana, Prince of Persia, Montmartre, Heliana Orange, All for Love, Suez kimi güllər yerli bazar üçün tamamilə yenidir və ilk dəfə AzRose Qəbələ layihəsinin çərçivəsində istehsal olunmaqdadır.
Həmin gülləri artıq şəhərimizin iri qızılgül dükanları və butiklərindən əldə etmək mümkündür.
Fürsətdən istifadə edərək AzRose şirkəti qarşıdan gələn 15 sentyabr bilik günü münasibəti ilə bütün şagird və tələbələri təbrik edir, onlara təhsil və gələcək həyatlarında müvəffəqiyyətlər arzu edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 21 d. əvvəl
-
58 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
3 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı



















