ÜST: Sentyabrda COVID-19-a yoluxma sayı hamı üçün həyəcan siqnalı olmalıdır
“Sentyabr ayında yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma sayı ilə bağlı qeydə alınan rəqəmlər bizim hamımız üçün həyəcan siqnalı olmalıdır”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe virtual formatda keçirilən mətbuat brifinqində deyib.
“Bu rəqəmlər testlərin daha əhatəli aparıldığını əks etdirsə də, regionda virusun yayılma sürətinin həyəcanverici olduğunu göstərir”, - deyə o bildirib.
ÜST-ün Avropa üzrə ofisinin fövqəladə vəziyyətlə bağlı səlahiyyətli şəxsi Ketrin Smolvud isə deyib ki, koronavirusla bağlı 14 günlük karantin müddəti dəyişdirilməyəcək: “14 günlük karantin tövsiyəmiz xəstəliyin inkubasiya dövrü və ötürülməsi ilə bağlı araşdırmalarımızın nəticələrinə əsaslanır. Bu, yalnız araşdırma nəticələrində hər hansı dəyişiklik olarsa, o zaman yenidən nəzərdən keçirilə bilər”.
H. Kluqe isə vurğulayıb ki, karantin anlayışı qorunmalıdır və ona əsassız dəyişikliklər tətbiq olunmamalıdır.
Qeyd edək ki, Fransada karantin müddəti 7 günə, Böyük Britaniya və İrlandiyada isə 10 günə endirilib. Xorvatiya və Portuqaliya da daxil olmaqla, bəzi Avropa ölkələri bu rəqəmi azaltmağı nəzərdən keçirir.
Xatırladaq ki, Avropa regionunda 53 ölkədə indiyədək təxminən koronavirusa 5 milyondan çox yoluxma halı qeydə alınıb, 227 000 nəfər vəfat edib. ÜST-ün məlumatına görə, hazırda Avropa regionunda gündəlik 40-50 min yoluxma qeydə alınır. Yoluxmanın pik dövrü yaşanan mart və aprel aylarında bu rəqəm 43 000 olub.
Avropada bir gün ərzində rekord yoluxma sayı sentyabrın 11-də qeydə alınıb və bu rəqəm 54 000 olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
2 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
2 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
7 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 7 saat əvvəl
-
8 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
8 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb


























