Azər Türk Bank “Mərkəz” filialını yeni ünvanda, yeni konsepsiyada qurur
Dövlət bankı Azər Türk Bank müştərilərə təklif olunan bank xidmətlərinin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə özünün xidmət şəbəkəsinin müasir dövrün tələblərinə tam uyğunlaşdırılması istiqamətində fəal iş aparır.
Bankın yaydığı məlumatda bildirilir ki, görülən tədbirlər sırasında növbəti addım Bankın daha bir xidmət strukturunun – “Mərkəz” filialının yeni ünvanda müasir formatda yenidən qurulması işinin həyata keçirilməsidir.
Tezliklə “Mərkəz” filialı Bakı şəhəri, Nizami küçəsi, 96 ünvanda Bankın yeni konsepsiyasına uyğun qurulmuş, müasir bankçılığın standartlarına tam cavab verən məkanda fəaliyyətini davam etdirəcəkdir.
Qeyd edək ki, burada əsas xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunacaqdır. Həmçinin texnoloji baxımdan müvəffəqiyyətlə yenilənmiş filialın Bakı şəhəri üzrə əlverişli səmtdə yerləşməsi də onun müştərilərlə əlaqələrini keyfiyyətcə yeni müstəviyə yüksəldəcəkdir.
Filialın yeni ünvana köçürülməsi, fiziki və texnoloji baxımdan yerləşmə prosesi müddətində müştərilərə Bankın digər filial və şöbələrində xidmət göstəriləcəkdir.
Daha ətraflı məlumatı https://atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770-945, yaxud (012) 945 nömrəli çağrı mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
35 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 37 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)




