“Aqroservis” gübrənin satış qiymətini ucuzlaşdırıb
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti fermerlərin gübrəyə olan tələbatını və əlçatanlığını təmin etmək məqsədilə, ammofos gübrəsinin qiymətində endirim edib.
“Aqroservis” ASC tərəfindən satılan ammofos gübrəsinin 1 tonunun qiyməti 1000 manatdan 933,33 manata, “Fermer kartı”ndan çıxarılan məbləğ (70%) 1 kisənin qiymətinə görə 35 manatdan 32,67 manata, fermerin öz vəsaiti hesabına ödədiyi 30% məbləğ isə 15 manatdan 14 manata endirilib.
Yeni subsidiya qaydalarına əsasən, gübrə alışında 70% güzəşt fermerin “Fermer kartı”nda olan subsidiya məbləğindən, 30% dəyər isə fermerin şəxsi vəsaiti hesabına, pestisidlər üçün isə tam dəyər isə “Fermer kartı”nda olan subsidiya məbləğindən ödənilir.
Hazırda Cəmiyyət tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin (ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoska) güzəştli şərtlərlə səyyar satışı həyata keçirilir. Səyyar satışın təşkilində məqsəd fermer və sahibkarların məsafə və əlavə məsrəf itkisinə yol verməməsidir. “Aqroservis” ASC əməkdaşları bir çox hallarda satılan gübrələrin evlərə pulsuz çatdırılmasını təmin edirlər.
Səyyar satış zamanı vətəndaşlar yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı” və şəxsiyyət vəsiqəsi təqdim etməklə mineral gübrə əldə edə bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















.jpg)

