Elektrik enerjisi infrastrukturu bu gün də atəşə tutulub
Azərbaycan Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri bu gün də Goranboy, Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında enerji infrastrukturunu atəşə tutub.
Goranboyda 35/10 kV-luq “Xanqərvənd” yarımstansiyasından çıxan 10 kV-luq “Telestudiya” hava xətti, 110/30/10 kV-luq “Naftalan” yarımstansiyasından çıxan 10 kV-luq “Əzizbəyov” və “2-ci Subartezian” hava xətləri dəfələrlə vurulub. Tapqaraqoyunlu kəndində 0.4 kV-lu paylayıcı şəbəkə yararsız haldadır, hələlik vəziyyətlə əlaqədar təmir-bərpa işləri mümkün olmayıb.
Tərtərdə isə 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan 10 kV-luq “3 №-li AzGes”, “11 №-li Sarıcalı” hava xətləri, 35/10 kV-luq “Dəmirçilər” yarımstansiyasından çıxan10 kV-luq “3 №-li Borsunlu” hava xətti vurulub və bərpa edilib.
Füzulidə 35 kV-luq “Horadiz-Böyük Bəhmanlı” hava xətti, eləcə də 35/10 kV-luq “Horadiz” və “Mahmudlu” yarımstansiyalarından çıxan 10 kV-luq “Şükürbəyli”, “Qazaxlar”, “Babı” və “Alxanlı” hava xətləri bir neçə yerdən vurulub və bərpa olunub. Şükürbəyli və Alxanlı kəndlərində 0.4 kV-lu paylayıcı şəbəkə isə yararsız haldadır, təmir-bərpa işləri görülür.
Ağdamda 110 kV-luq “Təzəkənd-1”, “Təzəkənd-2”, “Xındırıstan-1” və “Xındırıstan-2” hava xətləri vurulub. Bu xətlərin də bərpası təmin edilib.
Ağcabədidə 110/35/10 kV-luq “Qarabağ ” yarımstansiyasından çıxan 10 kV-luq “Minəxorlu” və 35/10 kV-luq “Qiyamədinli” yarımstansiyasından çıxan 10 kV-luq “PMK 4” hava xətləri vurulub və bərpa olunub.
Qaz təchizatı ilə bağlı son vəziyyətə görə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatının məhdudlaşdırılması davam edir. Hazırda Füzuli rayonunun 50%-dən artıq hissəsinə təbii qazın verilişi təmin olunub. Tərtər şəhərinin və 51 kəndin, Ağcəbədi rayonunun 25 kəndinin, Ağdam rayonunun isə 1 kəndi və 5 qəsəbəsi istisna olmaqla, 53 yaşayış məntəqəsinin də qaz təchizatı məhdudlaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
12 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 15 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb

















.jpg)






