Bakıda təqdim edildi, Azərbaycan qiymətləri açıqlandı
“Samsung Electronics” şirkətinin Azərbaycanda rəsmi distribyutoru “İrshad Electronics” şirkəti “Boulevard Hotel Baku”da “Galaxy S8” və “Galaxy S8+” smartfonlarının təqdimatını keçirib.
5 may tarixindən rəsmi satışa çıxarılacaq mobil telefonların qiyməti “Galaxy S8” - 1599, “Galaxy S8+” - 1799 manat olacaq.
“İrshad Electronics” şirkətinin satışa nəzarət şöbəsinin rəhbəri Ariz Şıxəliyev bildirib ki, şirkət rəsmi distributor olaraq “Samsung”un məhsullarının Azərbaycandan topdan satışını təmin etsin deyə bir neçə ay bundan öncə “Samsung Electronics”lə birgə müqavilə imzalayıb.
“Samsung” “Galaxy S8” və “Galaxy S8+” smartfonlarına sahib olmağın iki fərqli yolu var. Belə ki, artıq mobil telefonları öncədən də sifariş etmək mümkündür. “Samsung Electronics”in rəsmi tərəfdaşları olan “Baku Electronics”, “İrshad Telecom”, “Kontakt Home” və “Soliton” şəbəkələrinin satış nöqtələrində, smartfonu daha tez əldə etmək üçün 50 manat ödəyirsiniz (bu vəsait smartfonun ümumi məbləğindən çıxılır) və bir sıra üstünlüklər əldə edirsiniz.
Belə ki, rəsmi satışdan bir həftə əvvəl siz smartfona aprelin 29-dan sahib olacaqsınız. Amma təkcə bu deyil. Əlavə olaraq 64 Gb-a daxili yaddaşa malik smartfonla yanaşı əlavə olaraq 128 Gb həcmində “Samsung MicroSD” kartı hədiyyə də verilir. Kampaniya aprelin 28-dək davam edəcək, smartfonların sayı isə məhduddur.
Təqdimat zamanı bildirib ki, smartfonlar hazırlanan zaman dünyada ilk dəfə olaraq 10 nm prosessordan istifadə olunub ki, bu da smartfonu sürətli və güclü edir.
“Galaxy S8” və “Galaxy S8+” smartfonları yüksək təhlükəsizlik xüsusiyyətlərinə malikdir. Belə ki, mobil telefonların göz skaneri (IRIS Scanner) ilə yanaşı, həm də barmaq izi skaneri və üz tanıma kimi təhlükəsizlik üsulları mövcuddur ki, bu da istifadəçilərin məlumatlarının təhlükəsizliyinin mükəmməl qorunması deməkdir. Smartfonun əsas kamerası Dual Pixel və Multi Frame texnologiyasına malikdir. Bu isə o deməkdir ki, kamera hərəkətdə olan və zəif işıqlanan obyektlərin bir neçə şəkilini çəkir, vahid bir şəklə birləşdirir, nəticədə şəkillər aydın və parlaq alınır. Həmçinin ön kamera avtofokusla təchiz olunub. Bundan başqa, “Galaxy S8” və “Galaxy S8+” həm də yeni, iki xətli, yüksək keyfiyyətli AKG qulaqcıqları ilə təmin edilib.
Bundan başqa, smartfonlar su və tozdan İP68 standartı ilə qorunur (30 dəqiqə ərzində, şirin suda, 1,5 m dərinliyində).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 11 d. əvvəl
- 12 d. əvvəl
-
42 d. əvvəl
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
-
56 d. əvvəl
43%-lik aktiv artımı və 4,26 milyon manat mənfəət: AFB Bank böyüməni necə gəlirə çevirib?
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yağış yağacaq
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
"Son illər ərzində dividend ödənişi nisbəti bankın xalis mənfəətinin minimum 35–40 faizi səviyyəsində olub"
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
"Bu il daha 4 yolun tikintisinə başlanılacaq"
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq





















