Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır
Fəxri konsulluq Azərbaycanda fəaliyyət göstərən Ukraynalı sahibkarlara, eləcə də Ukraynada fəaliyyət göstərən Azərbaycanlı sahibkarlara məlumatlandırma və təşkilati dəstək də verəcək.27 oktyabr 2020-ci il tarixində Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin binasında Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun təyin edilməsi üzrə təntənəli mərasim baş tutub.
Bu barədə Ukraynanın Azərbaycandakı səfirlindən məlumat verilib.
Bildirilib ki, mərasim zamanı Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Vladyslav Kanevskyi Ukraynanın Şamaxı şəhərindəki yeni təyin olunmuş Fəxri konsulu Mehrəli Qasımova konsulluq patentini və xidməti vəsiqəsini təqdim edib.
Tərəflər Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun vəzifələri və öhdəlikləri haqqında Sazişi imzalayıblar.
Ukraynanın Azərbaycanda birinci Fəxri konsulluğunun açılması iki ölkə arasındakı əməkdaşlığın yüksək dinamikasının göstəricisidir və dövlətlərimiz arasında ticari-iqtisadi, mədəni-humanitar və regional əlaqələrin daha da genişlənməsinə uyğun şərtlər yaradır. Fəxri konsulluq öz dairəsində yaşayan Ukrayna vətəndaşlarına lazımi dəstək göstərməklə yanaşı, Azərbaycanda fəaliyyət göstərən Ukraynalı sahibkarlara, eləcə də Ukraynada fəaliyyət göstərən Azərbaycanlı sahibkarlara məlumatlandırma və təşkilati dəstək verəcək, eləcə də Azərbaycanda Ukrayna mədəniyyətinin tanıtım tədbirlərini, eləcə də milli bayramlarının qeyd olunmasını təşkil edəcək.
Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri konsulu vəzifəsinə təyin olunan Mehrəli Qasımov Taras Şevçenko adına Kiyev Dövlət İnstitutunun Beynəlxalq əlaqələr fakültəsində bakalavr və magistr təhsilini alıb. Daha sonra dünyaca məşhur SAP və DeGolyer & MacNaughton Corporation şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. Hazırda özəl sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulunun konsulluq dairəsi Azərbaycan Respublikasının Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı və Şamaxı rayonlarını əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
26 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 29 d. əvvəl
- 31 d. əvvəl
-
45 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
47 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq

























