“Günay Sığorta” şirkətində heç bir yoxlama aparılmır" - AÇIQLAMA
Fırıldaqçılıq şübhəsi ilə əlaqədar Şirkət tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edilib.Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bondotel") guya “Günay Sığorta” ASC-də yoxlama apardığına dair məlumat paylaşılıb.
Marja xəbər verir ki, “Günay Sığorta” xəbər ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
"Bildirmək istəyirik ki, “Ferrini” geyim mağazası “Günay Sığorta” ASC-də sığortalanmışdır. Müqavilənin qüvvədə olduğu müddətdə həmin mağazada subasma hadisəsi baş vermişdir. Müvafiq hadisə araşdırılarkən bir çox şübhəli məqamlar aşkar olunmuş və bundan əlavə, müəyyən olunmuşdur ki, həmin mağaza 2019-cu ildə sığorta bazarında fəaliyyət göstərən digər bir şirkətdən subasma hadisəsi ilə əlaqədar böyük məbləğdə sığorta ödənişi almışdır.
Qeyd olunan faktları nəzərə alaraq və maliyyə bazarının cinayətkar qəsdlərdən qorumaq üçün şirkətimiz müvafiq hadisənin daha ətraflı araşdırılması, sığorta bazarında fırıldaqçılıqla məşğul olan şəxslərin müəyyən edilməsi məqsədilə qanunverciliklə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişdir.
Hal-hazırda məhz bu müraciətlə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müvafiq araşdırmalar aparılır və bu araşdırmaların “Günay Sığorta” ASC-nin fəaliyyəti, o cümlədən tələb olunan kapitalı və məcmu kapitalı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, hər hansı sığorta şirkətinin maliyyə sabitliyini yoxlamaq həmin orqanın səlahiyyəti xaricindədir.
Əlavə olaraq onu bildirmək istəyirik ki, “Günay Sığorta” ASC-nin maliyyə durumu tam sabitdir, baş vermiş sığorta hadisələri ilə bağlı vaxtı-vaxtında sığorta ödənişlərini həyata keçirir. 2020-ci ilin 9 ayı ərzində sığorta ödənişləri 1 milyon 749 min manat təşkil edir.
Nəzərinizə çatdırırıq ki, yoxlanılmamış, “Günay Sığorta” ASC-nin işgüzar nüfuzunu aşağı salan və müştərilərin şirkətə olan inamını sarsıdan yalan məlumatların yayılması ilə əlaqədar vurulmuş zərərin məhkəmədə və digər qaydada tələb etmək hüququndan istifadə olunacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
12 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 15 d. əvvəl
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 38 d. əvvəl
- 40 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb







.jpg)










.jpg)






