Mərkəzi Bank faiz endirməyə davam edə bilmədi – VƏZİYYƏT PİSLƏŞİB VƏ GƏRGİNLƏŞİB
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsinin 6,5% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Mərkəzi Bank Sentyabr yığıncağında faiz endirmişdi.
Marjanın məlumatına görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov uçot faiz dərəcəsinin dəyişməz saxlanılmasının səbəblərini açıqlayıb:
“İqtisadiyyatda inflyasiyaya azaldıcı təsir göstərən amillərin üstünlüyü şəraitində inflyasiya səviyyəsi azalmaqda davam edir və qəbul edilmiş hədəf diapozonunun mərkəzindən aşağıda formalaşıb. Lakin Covid 19-un ikinci dalğasının güclənməsi və milli hökumətlərin qəbul etdiyi məhdudlaşdırıcı tədbirlər nəticəsində qlobal iqtisadi artımın bərpası perspektivlərinin pisləşməsi, neft bazarlarında qiymət dəyişikliyi, regionda geosiyasi risklərin və vəziyyətin gərginləşməsi, qeyri-müəyyənliklərin əhəmiyyətli artması uçot dərəcəsinin potensial azaldılması imkanlarını məhdudlaşdırır. Bütün bunlar qısa və ortamüddətli risklər balansının yenidən qiymətləndirilməsini şərtləndirir”.
Qeyd edək ki, 2020-ci ildə Mərkəzi Bankın İdarə Heyətinin artıq 7 dəfə iclası keçirilib və bu iclasdan 4-də uçot faiz dərəcəsinin azaldılması barədə qərar qəbul edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















