Avro və funt bahalaşıb
Beynəlxalq valyuta birjalarında Amerikada prezident seçkisinində demokrat Co Baydenin qələbəsi ehtimallarının artması, dolların aparıcı valyutalara nisbətən qiymətlərin ucuzlaşmasına səbəb olur. Maliyyə bazarlarında demokratların Korona böhranı ilə mübarizə və daha sərt fiskal siyasətlərinin dollara olan təzyiqləri artıracağı proqnozlaşdırılır.
EURUSD məzənnəsi də cari həftə ərzində 1.1859$-a kimi 2.2% bahalaşıb. GBPUSD məzənnəsinin isə 1.3157$-a kimi 2.4% bahalaşıb. Bununla yanaşı, avro və funt üzrə sonuncu müqavimət səviyyələri qırılması güclü səviyyələr hesab edilir. Beləliklə, növbəti artım dalğası avro və funt üzrə müvafiq olaraq 1.19 və 1.32$-ın qırılmasından asılı olacaqdır. Bu baş verməyəcəyi təqdirdə, avro və funt kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərində yenidən ucuzlaşma dalğası başlaya bilər.
Bunun üçün artıq fundamental zəmin də yaranmaq üzrədir. Belə ki, Amerikada hakimiyyətdə olan Respublikaçılar seçkinin qanuni olmadığını, ciddi pozuntuların olduğunu iddia edirlər. Amerikada Respublikaçılarlar Demokratlar arasında seçki qarşıdurması - siyasi xaos böyüyərsə, bu, maliyyə bazarlarında güvənli liman investisiya aləti ilə dollara olan tələb yenidən arta bilər.
Bu gün Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək Amerikanın əmək bazarına dair önəmli fundamental göstəricilər də investorlar tərəfindən böyük maraqla gözlənilir.
İqtisadi və siyasi risklərin artması əlvan metallar bazarlarında qızılın da bahalaşmasına səbəb olmaqdadır və 1953$-ın qırılması ilə 1973$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 21 d. əvvəl
- 33 d. əvvəl
- 39 d. əvvəl
-
42 d. əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb






.jpg)







.jpg)









