Dövlət büdcəsinə daxil olan gömrük rüsumları azalıb
Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 milyard 269 milyon 642,3 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3% azdır.
DGK-nin statistikasına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9,2% azalaraq 825 milyon 697,3 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 7,4% azalaraq 2 milyard 298 milyon 322,1 min manata bərabər olub. Aksizlər üzrə cari ilin 10 ayı ərzində daxilolmalar 46,9% azalaraq 115 milyon 277,1 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 30 milyon 345,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 17,1% azdır.
Bu ilin oktyabr ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 314 milyon 407,0 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 20,4% az, bu ilin sentyabr ayı ilə müqayisədə isə 1,4% çoxdur.
Bu ilin oktyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 23,6% azalaraq 84 milyon 684,9 min manat olub. Bu ilin sentyabr ayı ilə müqayisədə isə bu göstərici 9,3% azalıb.
Həmçinin, cari ilin oktyabr ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 18,8% azalaraq 214 milyon 940,2 min manat (bu ilin sentyabr ayı ilə müqayisədə 7,6% çox), aksizlər üzrə 24,6% azalaraq 11 milyon 929,4 min manat (sentyabr ilə müqayisədə 11,2% az), yol vergisi üzrə daxilolmalar isə 23,3% azalaraq 2 milyon 852,5 min manat (sentyabr ilə müqayisədə 15% az) təşkil edib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















