Beynəlxalq Bank 3 rayonda şöbələrini yenilədi
Məqsəd müştərilərin getdikcə dəyişən tələb və ehtiyaclarını ən yüksək səviyyədə təmin etmək və yeni keyfiyyət standartları tətbiq etməkdir.Azərbaycan Beynəlxalq Bankı xidmət şəbəkəsinin transformasiya layihəsi çərçivəsində Ağsu, Ağcabədi və Zərdab şöbələrini də yeniləyib.
Bankın Ağsu şöbəsi yeni ünvana köçürülüb. Şöbə bundan sonra Ağsu şəhəri Üzeyir Hacıbəyli küçəsi - 29 ünvanında fəaliyyət göstərəcək.
Ağcabədi (Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti, 185A) və Zərdab şöbələrinin (Zərdab şəhəri, Azərbaycan küçəsi – 56) ünvanları isə dəyişməz qalıb. Hər üç şöbədə müştərilərə yüksək səviyyədə bank xidmətlərinin gösətərilməsi üçün lazım olan şərait və imkanlar yardılıb.
Layihənin əsas məqsədi müştərilərin getdikcə dəyişən tələb və ehtiyaclarını ən yüksək səviyyədə təmin etmək və yeni keyfiyyət standartları tətbiq etməkdir. Bankın digər xidmət ofisləri kimi Ağsu, Ağcabədi və Zərdab şöbələrində də müştərilər kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev filialların transformasiyası çərçivəsində yenilənmə prosesinin yaxın gələcəkdə digər filial və şöbələri də əhatə edəcəyini bildirib: “Azərbaycan Beynəlxalq Bankı ölkəmizin ən geniş xidmət şəbəkəsinə malik banklarındandır. Xidmət ofislərimizi müasirləşdirməklə biz müştərilərimizə ən yüksək xidmət şəraiti yaratmağa çalışırıq. Ənənəvi xidmət kanallarını təkmilləşdirməklə bərabər müxtəlif innovativ həllərlə banka gəlmədən məsafədən xidmət imkanlarını genişləndiririk. Ümid edirik ki, başqa filial və şöbələrimiz kimi Ağsu, Ağcabədi və Zərdab şöbələrimiz də müştəri məmnuniyyətini artırmağa, həmçinin regionların inkişafına töhfələr verəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
21 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























