Azərbaycanın iri bankı Şuşada regional filialını açacağını elan etdi
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, erməni işğalından azad edilmiş Şuşa şəhərində Bankın yeni filialını açmağa hazır olduğunu açıqladı.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, müvafiq qərar PAŞA Bankın 2021-2023 dövrü üçün yeni İnkişaf Strategiyasında əksini tapacaqdır.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ölkəmizin müasir tarixində dönüş nöqtəsidir. Bu dövlət başçısının güclü siyasi iradəsi, Azərbaycan xalqının birliyi və ölkə Prezidentinə inamı sayəsində mümkün olmuşdur:
“Ölkəmizin hər bir vətəndaşı, hər bir vətənpərvər azərbaycanlı dövlət bayrağımızın azad edilmiş torpaqlarda yenidən dalğalanmasını bu illər ərzində səbirsizliklə gözləyirdi və bu sevincli an gəldi çatdı. Hər birimizi bu böyük qələbə münasibətilə təbrik edirəm".
"İşğaldan azad edilmiş ərazilər kənd təsərrüfatı, qiymətli metalların hasilatı, nəqliyyat və logistika, turizm və otelçilik, İT və iqtisadiyyatın real sektorunun bir çox digər seqmentləri üzrə fəaliyyət sahələrində misilsiz iqtisadi potensiala malikdir. Şuşada PAŞA Bankın filialını açmaqla biz bütün təcrübə və biliklərimizi tətbiq etməklə dövlətin azad edilmiş ərazilərə yönəlmiş bütün təşəbbüslərinin və reinteqrasiyanın həyata keçirməsinə, eləcə də sahibkarlığın inkişafına və həm ölkə daxili, həm də xaricdəki tərəfdaşlarla əlaqələrin qurulmasında dəstək verməyə hazırıq”, - deyə, PAŞA Bankının sədri bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















