Müharibə dövründə Azərbaycan istiqrazlarının faizi düşüb
“Pandemiya və 2-ci Qarabağ müharibəsinin Azərbaycanın kapital bazarlarına təsiri bir o qədər də müşahidə edilmir”.
Bunu Marja-ya “Unicapital İnvestisiya Şirkəti” ASC-nin Araşdırmalar və İnvestisiya məsləhəti şöbəsinin müdiri Seymur İbadov bildirib.
O qeyd edib ki, xüsusilə bu təsirlər daxili bazarda hiss olunmur:
“Bunun bəzi səbəbləri var. İlkin səbəb olaraq izafi likvidliyi göstərə bilərik. Belə ki, banklarda və investorlarda mövcud olan sərbəst vəsaitlərin çoxluğu Maliyə Nazirliyinin hərraclarında tələbin çox olmasına rəğmən təklif olunan az miqdar qarşılığında faizlərin bir o qədər yüksəlməməsinə səbəb olur. Maliyyə Nazirliyinin baş tutmüş son hərracları isə investorlar arasında bu növ istiqrazlara tələbin böyük olduğunu göstərir. Maliyyə Nazirliyi investorlar tərəfindən təklif olunan faiz gəlirlərinin onun üçün məqbul hesab etdiyi halda planlaşdırılan həcmdən daha çox yerləşdirmə etməklə investorların ehtiyaclarını təmin edir. Təqdim olunan gəlirlik faizi onu qane etmədikdə isə əvvəlcədən qeyd olunan bütün məbləği yerləşdirmədən, ancaq onu qane edən gəlirlilik səviyyəsinə uyğun məbləğə bərabər vəsaitləri yerləşdirir. Həmçinin biz daha uzunmüddətli yerləşdirilməsi nəzərdə tutulan vəsaitlərin daha qısa müddətli yerləşdirmələr ilə əvəz olunmasının şahidi oluruq. Qeyd edək ki, 5 illik Maliyyə Nazirliyinin istiqrazları bu il ərzində fevralda yerləşdirildikdən sonra uzun müddət fasilə verildikdən sonra bir də sentyabr ayının əvvəli yerləşdirilib. Maliyyə Nazirliyi hərraclarda yerləşdirilmiş istiqrazlar üzrə gəlirlik faizlərinin noyabr ayında əvvəlki aylarla müqayisə də kəskin azalmasına nail olub.
Maraq doğuran səbəblərdən biri Azərbaycan hökumətinin xarici bazar üçün buraxdığı avrobondlarının gəlirliliyinin dəyişməsindəki trenddir. Ümumiyyətlə bu cür istiqrazlar içərisində ən aktiv və likvid olanı qaytarılma müddəti 2024-cü ilin mart ayına təsadüf edən və ümumi buraxılış həcmi 1,25 milyard ABŞ dolları olan istiqrazdır. Faiz gəliri 4,75% olmasına baxmayaraq müharibə başlamamışdan öncə 2%-2,7% gəlirllik aralığında təklif olunan bu istiqrazların gəlirliliyi mövcud müharibə şəraitində bir o qədər dəyişməyib. Müharibənin ilk günlərində nisbətən qiymətin düşməsi müşahidə olunsa da sonradan qiymət müharibə başladığı gündəki səviyyədən də yuxarı qalxıb. Belə ki, Bloomberg platformasındakı məlumat əsasında bu istiqarzlar 16 noyabr tarixinə 1,7%-1,9% indikativ gəlirlilik intervalında təqdim olunub. Bu xarici investorların Azərbaycan hökumətinin istiqrazlarına olan güvəninin göstəricisidir. Belə ki, əsasən müharibə kimi qeyri- müəyyənlik olan halda xarici investorlar əllərində olan istiqrazları satmaqla onun gəlirlilik faizini qaldıra bilərlər, amma bu istiqrazlar üçün artan tələb qarşılığında təklif olunan gəlirliliyin düşməsi xarici investorların Azərbaycan dövlətinə inamının bir göstəricisidir.
Qeyd edim ki, qeyd olunan istiqrazın gəlirliliyi ilə neftin qiyməti arasında son zamanlar çox güclü asılılıq mövcud olsa da, belə ki, neftin qiymətinin kəskin düşdüyü dönəmlərdə bu istiqrazların gəlirlliyi kəskin artsa da, biz bu artımı müharibə şəraitində müşahidə edə bilmədik”.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
16 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü





















.jpg)


