Çin və Yaponiya işgüzar səfər qadağasını yumşaltmağa razılaşırlar
Pandemiya ilə əlaqədar Çin və Yaponiya vətəndaşlarının səfərlərinə qarşılıqlı tətbiq olunan qadağa yumşaldılacaq.
Çin KİV-ləri xəbər verir ki, bu barədə razılıq Çinin xarici işlər naziri Van İnin Tokioda yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşündə əldə olunub. Tərəflər iqtisadi-ticari əlaqələrin genişlənməsinə dəstək üçün noyabrın sonundan etibarən işgüzar məqsədlə səfər edənlər üçün səyahət qadağasını xeyli dərəcədə yumşaldacaq. Bununla belə həmin qrup səyahətçilər sərhəd karantin nəzarəti qaydalarına əməl etməli olacaqlar.
Qeyd edək ki, COVID-19 böhranı ilə əlaqədar bir çox ölkə kimi Çin və Yaponiya da əcnəbilərin ölkəyə girişini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdı. Bu da öz növbəsində dünyanın 2-ci və 3-cü ən böyük iqtisadiyyatları olan Çin ilə Yaponiya arasında işgüzar əməkdaşlığın həyata keçirilməsinə mənfi təsir göstərirdi. Yaponiya Çinin ən böyük 3-cü, Çin isə Yaponiyanın 2-ci iri ticarət tərəfdaşıdır.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 11 d. əvvəl
-
-
8 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 19 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Rəsmi məzənnələr açıqlandı
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Ən çox oxunanlar
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?























