Kapital Bank filiallarında “ASAN İmza” almaq mümkün oldu
(®️) Kapital Bank mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açmaq üçün filiallara müraciət edən sahibkarların və hüquqi şəxslərin rahat xidmət almasını təmin etmək üçün daha bir yeniliyi təqdim edir. Belə ki, hesab açmaqla yanaşı, “ASAN İmza” – gücləndirilmiş mobil elektron imzanı əldə etmək istəyənlər, vergi idarələrinə və ASAN Xidmət mərkəzlərinə getmədən bunu Kapital Bank filiallarında həyata keçirə bilərlər. Korporativ müştərilərlə bərabər, həmçinin həmin təşkilatlara aid fiziki şəxslər də (direktor, mühasib, təsisçisi və s.) “ASAN İmza” əldə edə bilərlər.
Hələlik bu xidməti Kapital Bank-ın Mərkəz, Yasamal, Gənclik, Nəsimi, Səbail və Xətai filiallarında həyata keçirmək mümkündür. Bunun üçün müştərinin aktiv Bakcell və ya Azerfon (Nar) mobil nömrəsinin olması zəruridir. Məlumat üçün bildirək ki, “ASAN İmza” sahibi olan müştərilər, müxtəlif əməliyyatlarını İnternet üzərindən həyata keçirə və sənədləri elektron formada imzalaya bilərlər. Bununla da müştərilər Kapital Bank-ın Müştəri Bank sistemi vasitəsilə banka gəlmədən məsafədən bankçılıq xidmətinin üstünlüklərindən faydalanaraq bank əməliyyatlarını rahatlıqla icra edə bilərlər.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: onlayn rejimdə biznes kart köçürmələri, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi , ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://onb-cb.kapitalbank.az/auth/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






















