Aleksandr Lukaşenko: Rusiya ilə münasibətləri intensivləşdirməyə hazırıq
Belarus Rusiya ilə münasibətləri intensivləşdirməyə hazırdır. Bu barədə ölkə Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovla görüşdə bəyan edib. Məlumatı TASS verib.
Belarus Prezidenti bildirib ki, münasibətlərin inkişafı haqqında danışarkən yalnız “hansısa yenidənqurma” deyil, həm də Minsk və Moskva arasında əlaqələrin “gücləndirilməsi və intensivləşdirilməsi” barədə söz açmalıyıq. Onun fikrincə, Minsk buna hazırdır. Lukaşenko deyib ki, Belarus və Rusiya arasında münasibətlərin inkişaf variantları haqqında çox danışılır: “Bu münasibətlər necə olacaq? Heç bir tərəddüdsüz və dostcasına sizə deməliyəm ki, Rusiya və Belarus, bizim iradəmizdən asılı olmayaraq, hər biri öz evində, öz mənzilində yaşayır”.
Prezident əlavə edib ki, iki ölkə arasında “yalnız xoş qonşuluq münasibətləri” deyil, həm də “çox yaxın qardaşlıq münasibətləri”nin olmasını istəyir. Belarus liderinin sözlərinə görə, əslində, təzə bir şey deməyib, ancaq ona qulaq asandan sonra “xüsusilə Rusiya Federasiyasında bu fikirləri seçmək və təkrarlamaq istəyiblər. Görünür, bu, kiməsə faydalı olub. Ancaq zaman göstərdi ki, Moskva və Minsk bu sıx dostluqdan uzaqlaşa bilməyəcək. Bax, ona görə də indi Rusiya rəhbərliyi bu cür münasibətlərə üstünlük verir və bunu istəyir”.
Aleksandr Lukaşenko onu da qeyd edib ki, Rusiya XİN başçısı ilə görüşləri həmişə “məhsuldar” olub: “Hər halda mənim üçün, eləcə də Belarus üçün, bizim, əsasən, xarici siyasətimiz üçün faydalı olub. Çünki bu, sizin dediyiniz kimi, mövqelərimizi düzgün müəyyənləşdirməyimizə kömək edir. Biz bundan istifadə edirik”.
Dövlət başçısı bildirib ki, Lavrov beynəlxalq arenada “çox gəzişir” və onun mövqeyi Minsk üçün “aktualdır”.
“Xalq qəzeti”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
26 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 29 d. əvvəl
- 31 d. əvvəl
-
45 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
47 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
























