Mərkəzi Bankın valyuta ehtiyatları yenidən "əriyir"
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ardıcıl 2 aydır azalır.2020-ci ilin Noyabr ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 56.3 milyon dollar azalıb.
Marja xəbər verir ki, 2020-ci ilin Oktyabr ayının sonunda 6 milyard 467.8 milyon dolar olmuş valyuta ehtiyatları Noyabr ayının sonunda 6 milyard 411.5 milyon dollaradək düşüb.
2020-ci ilin Oktyabr ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 23.6 milyon dollar azalmışdı.
Valyuta ehtiyatları, milyon ABŞ Dolları ilə
30.11.2020 6411.5
30.10.2020 6467.8
30.09.2020 6491.4
31.08.2020 6483.9
30.07.2020 6468.7
30.06.2020 6436.3
31.05.2020 6414.4
30.04.2020 6401.7
31.03.2020 6393.8
28.02.2020 6400.9
31.01.2020 6340.8
30.12.2019 6258.0
Oktybarın 31-də Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi:
"2020-ci ilin sonunadək biz valyuta bazarında hər hansı bir dəyişiklik olacağını gözləmirik. Əgər bazarda əlavə bir ehtiyac çıxarsa, son 2 ayda, biz bu valyutanı (alınmış vəsaiti - red) bazara qaytarmağa hazırıq. Bizim ilin sonuna proqnozumuz Mərkəzi Bankın valyuta ehtiyatlarının stabil qalmasıdır və ya bir qədər də artmasıdır. Biz azalacağını gözləmirik”.
2020-ci ilin 9 ayı ərzində valyuta bazardan alışlar və ehtiyatlarının idarə olunmasından əldə edilən gəlir hesabına ehtiyatlar artmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















